adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 May 2019 11:14
6209
HADİSƏ
A- A+

Bakıda azyaşlı faciəvi şəkildə dünyasını dəyişdi

Mayın 3-də Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, üç yaşlı Bayramov Tağı Nəbi oğlu İbrahim Dadaşov küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır. Uşağın valideynlərin səhlənkarlığı nəticəsində həlak olduğu güman edilir.