adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 May 2019 18:19
26514
ƏDƏBİYYAT
A- A+

Rauf Qərib Alagöz: SƏN HARDAN BİLƏSƏN...

YAĞIŞ YAĞIR

Bu şəhərə yağış yağır,
Hamı sanır bulut tökür.
Bilmirlər ki, mənəm, sənsiz,
Ağlayıramhönkür-hönkür.

Məsafələrdərdqaynağı,
Ürəyiməçəkir dağı.
Hara getsəm yağış yağır,
Hara getsəm hüzün çökür.

Bezib doğma ölkəmməndən,
Dünya bezibbəlkəməndən.
Kənargəzirkölgəmməndən,
Yaxalasam boynun bükür.

Bulludda yaş, gözümdə yaş,
Nə dost anlar, nədəsirdaş.
Bəlkə sanır yaradıbdaş,
Allah göydənkədərtökür.

Batumi: 28.06.2016


XATİRƏLƏR QALDI AXI.

Ümidi də dəfn elədik.
Dünən olan oldu axı...
Zirvələrdə olan sevgi,
Çox dərinə daldı axı...

Toplayırsan çantaları,
Boş qalmasın, doldur barı.
Dərddən yarı, qəmdən yarı,
Yolun uzun yoldu axı...

Nəyin varsa, yığ, qalmasın.
Məndə nəyinsə olmasın.
Saxlamayaq eşqin yasın,
Bizi bizdən aldı axı...

Dövr atını zaman çapar,
Axar sular yolun tapar.
Dön arxaya, yığıb apar,
Xatirələr qaldı axı...



VİCDANSIZLAR VİCDANINA AND İÇİR

Daha Allah unudulub, a qardaş,
Hərə bir cür ünvanına and içir.
Canı verən qalıbdır bir kənarda,
Canı olan öz canına and içir.

İnsan oğlu axır anı unudub.
Tövbə etmir şirin canı unudub.
Ayı, günü yaradanı unudub,
Gözü "korlar” ağ danına and içir.

Nə inam var, nə iman var, nə də din.
Mərhəmətə üstün gəlir hər an kin.
Ali bilib insan oğlu dediyin,
Var yoxuna, olanına and içir.

Hər bir şeyin dərd sərini çəkmə sən,
Yoxsa vaxtsız saçlarına düşər dən.
Yoxsulların "əppəyinə” göz tikən
Vicdansızlar vicdanına and içir.


UNUTMAĞA ÇALIŞMA

Deyirlər ki, "var dünyanın çox üzü”.

Hər vaxt acdı, görünməyib tox üzü.

Gecəsindən çox qısadı gündüzü,

Dönməz seyr, unutmağa çalışma.

Bir baxırsan nə çox idik, nə azıq,

Bir baxırsan nə payızıq, nə yazıq.

Misra-misra sevdiyini, a yazıq,

Şeir-şeir unutmağa çalışma.

Sanarsan ki, dünyaları tutub şər,

Gəl indi sən bu zülmətdə nəfəs dər.

"Bir gün gələr unudarsan” deyənlər,

Yalan deyir, unutmağa çalışma.

Hər an gedən yollarını izlərsən,

Gəlməyini yuxuda da gözlərsən.

Qalmış ikən bir iztirab, bir də sən,

Yoxdu xeyir, unutmağa çalışma.


TÜRKƏM MƏN 

Məndönəkdeyiləm, huyum bəllidi.
Çörəyimbəllidi, suyum bəllidi.
Soyumu danmaram, soyum bəllidi.
Azərideyiləm!
Türkəmmən!

Yolumu dəyişməm, yolumdur Turan.
İmanım Allaha, kitabım Quran.
Dinlə, ey xaincəarxadan vuran,
Sanma ki, əyiləm.
Türkəmmən!

Dürüstlük amacım, doğruluqqayəm.
Nəyim var aşikar, yayılmaz şayəm.
Türkçülük surəmdir, bir olmaqayəm.
Oğuzdur ailəm.
Türkəmmən.

Toplaram elimi, qurram toyumu,
Bağrıma basaramhər bir boyumu.
Kim istərqoy dansın, mən öz soyumu,
Gizlədəndeyiləm.
Türkəmmən! Türkəmmən! Türkəmmən!


ŞEİR

Əgər ki, olarsaqapaqsızqazan,

Bir qaşıquzadar yolundan azan.

Mənşeiryazmıram, yazıbdı yazan!

Yoxluq da şeirdi, var da şeirdi.

Dünyanın hər yanı olsa da qara,

Qaralariçindəbəyazı ara.

Nəğmələrqoşuramsevdiyim yara,

Sevgim dəşeirdi, yar da şeirdi.

Sevgiyləişığabürünərhər yan,

Dünyaya göz yumubsevgiyə oyan.

Şad ollamqəbriminislanmağından,

Yağmur da şeirdi, qar da şeirdi.

Dünya bir əsərdir başından sona,

Allahınqələmidəyibdir ona.

Yaradan hərnəyiverib insana,

Zərərdəşeirdi, kar da şeirdi.


SƏN HARDAN BİLƏSƏN...

Sən hardan biləsən nədir məhəbbət,

Bir eşqin oduna yanmamısansa...

Ayrılıq dəmində, hicran anında,

Özünü məzarda sanmamısansa...

Sən hardan biləsən dadmamısansa

Bircə təbəssümlə xoşbəxt olmağı.

Qəribə olsa da sevənlər bilir

Günəştək saçmağı, gültək solmağı...


Sən hardan biləsənacolmaqnədir,

Həyatınözünə, eşqinözünə.

Həyat da sevgidir, yaşam da sevgi,

Sevdinsəgörünməz dünya gözünə.

Sən hardan biləsən, hardan biləsən,

Qəriblik yaşamaq nədir sevgidə?

Necə ki eşq ilə gəlib ömrümüz,

Elə də bir ömür gedir sevgidə.


SƏN FƏRQLİSƏN

Sənin əsəbin də fərqlidir, fərqli,

Yanında dərdimin yuxusu gəlir.

Mənə qışqırdıqca nəfəsin ilə

Ağzından xoşbəxtlik qoxusu gəlir.

Əsəbdən titrəyən dodaqlarından,

İnan ki, qəlbimə sevinc süzülür.

Səni sevə-sevə çoxalır sevgim,

Sevdikcə sıraya sevgi düzülür.

Nə gözəl parlayır odlu gözlərin,

Bir xoşbəxt həyatdan bəhs eləyirlər.

Hirsindən göylərdə uçan əllərin,

Musiqi olmadan rəqs eləyirlər.

Sənin əsəbin də fərqlidir, fərqli,

Əsəbləş, yetər ki, susmasın dilin.

Bir alıq əsəbin xəbərçisidir,

Xoşbəxtlik yaşadan bir neçə ilin.


QADIN

Cənnət tamahıyla, cənnəteşqiylə,
Ayaqaltınacanöyülənqadın.
Gözəlliksimvolu, mələkobrazı
Şəninətəriflərdeyilənqadın.

Anamız, bacımız, yarımız olur,
Bizimləqocalırqarımız olur.
Bəzən ilahımız, tanrımız olur,
Bəzənönümüzdəəyilənqadın.

Ey insan, hərqadın adın deyilmi?
Həyatdaləzzətin, dadın deyilmi?
Bəsqadındeyilmi, qadındeyilmi
Alçalan, söyülən, döyülənqadın?


MAŞALLAH

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Soyumuzu gordan edən soysuza,

Soyumuzu öymək ilə məşğuluq.

-"O atamız, bu babamız olubdur,
Ora, bura yurd-obamız olubdur,
Şərəf, qeyrət, ar əbamız olubdur”.

Amma kədər geymək ilə məşğuluq.

Dövr edirik buna rəğmən hovarda,

Qılıncımız paslanıbdır divarda.

Bizi vuran qalıbdır bir kənarda,

Dizimizi döymək ilə məşğuluq.

Tfu-tfu, maşallah bizlərə,

Məğrur-məğrur dik baxırıq üzlərə.

Nağıllara inandıqca, düzlərə

Boynumuzu əymək ilə məşğuluq.

Düşmən alıb yurdumuzu yurd edib,

Bizsə, onu söymək ilə məşğuluq.

Özümüzü özümüzdən edənə,

Özümüzü öymək ilə məşğuluq.


MİN EŞŞƏYƏ AT QISQANDIR (satira)

Adı-sanı düşünməheç,
Mineşşəyə at qısqandır.
Yuxunədirbilməyəni
Gecə-gündüz yat qısqandır.

Nəmövqe seç, nə yön bildir,
Nədovşan ol, nədə ki şir.
Lazım olan yerlərə gir,
Amalınaçat , qısqandır.

Demə "mənəm", de ki "sənsən",
"Sıfır mənəm, iki sənsən".
Var-dövlətin yükü sənsən,
Yoxluqları at, qısqandır.

Yaxşılıqdan pislik yaxşı,
Səfillikdənsüslükyaxşı.
Kim deyir dürüstlük yaxşı?
Onu iki qatqısqandır.

Qoysoxsunlar söz oxunu,
Vecə alma sənçoxunu.
Dinənində var-yoxunu,
Özünəcəsat , qısqandır


NƏ QALDI?

Şükreləyin aldığınız nəfəsə.
Ondan başqa şirin cana nəqaldı?
Kimlərdüşsə bundan qeyrihəvəsə,
Ağlayacaq yana-yana, nəqaldı?

Dur kənara, qapan yaman quduzdu,
"Cüt şeş” atan "dübarəyə” uduzdu.
Puldan ayrı qalanhər şey ucuzdu.
Gecə-gündüz yatın, dana nəqaldı?

Çoxyeməyin, həm ziyandı, həm baha.
Dərdçəkməyin, çilə baha, qəm baha.
Böləndədə, çıxanda da cəm baha.
Misal bitir, məchul sona nəqaldı?

İşığın var? suyungəlir? qazgəlir?
Qulağınamahnıgəlir, saz gəlir?
Səbrli ol, deyirlər ki, yaz gəlir.
Yonca bitib, badımcananəqaldı?

Hesab- kitabaxirətdəolacaq,
Dünya malı bu dünyada qalacaq.
Üç gün idi bu gün, sabah alacaq,
Əcəlqardaş, qəbiristananəqaldı?