adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 May 2019 17:10
21118
ƏDƏBİYYAT
A- A+

O, GÜNƏŞ ÖMRÜDÜR, SÖNMƏYƏCƏKDİR

(Poemadan parçalar)

Azərbayjan xalqının tarixi nailiyyəti olan Azərbayjan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbayjan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəjəyəm… Azərbayjan Respublikası bundan sonra… müstəqilliyini itirməyəjək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayajaq, heç bir dövlətin əsarəti altına düşməyəjəkdir.

Heydər ƏLİYEV

Ümummilli Lider


ÖN SÖZ

Bir insan ömründən söz açıram mən,

O, GÜNƏŞ ÖMRÜDÜR, sönməyəjəkdir.

Səadət verdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəjəkdir.

O ömür Tanrının nur payı kimi

Bütöv bir jahana səpələnibdir.

Doğma Araz kimi, Kür çayı kimi,
Ana torpaq üçün ləpələnibdir.

Köksündə döyünən odlu ürəklə.

Elinə məhəbbət bəsləyərdi O.

Hər zaman müdrik siyasətiylə,

Dünyanı birliyə səsləyərdi O.

Onun böyük idi şöhrəti, şanı,

Qəlbində od vardı hələ yanmağa.

Elə ona görə Azərbayjanı,

Qoymadı içindən parçalanmağa.

Dəf etdi ən çətin, qorxunj anları,

Müstəqil bir dövlət qurdu, yaratdı.

Dünyanı titrədən bəyanatları,

Xalqını tanıtdı, azad yaşatdı.

Elə şirin nemət, bəxşiş verib ki,

Hamının arzusu yetişir kama.

Yurdunu o qədər qəlbən sevib ki,

Onu tapşırıbdı oğlu İlhama!

…Bir insan ömründən söz açıram mən,

O, Heydər ömrüdü, sönməyəjəkdir.

Janıtək sevdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəjəkdir.


* * *

Çaylar, göllər, dənizlər yox,

Kükrəyirdi okeanlar.

Azərbayjan yaşayırdı

Fırtınada qorxunj anlar.

Dalğaların uğultusu

Yayılmışdı çox ellərə.

Okeanın açar-pultu,

Verilmişdi yad əllərə.

Qorxu, hədə harayından

Millət yaman bayılmışdı.

Tam günahsız bir məmləkət

Jinayətkar sayılmışdı.


KİMSƏ…

Kimsə öz xalqının

harayına yetməliydi.

Zil qaranlıq gejələrdə

Ömrü mayak etməliydi.

Dalğaları yara-yara

Azadlığa getməyibdi.

İmperiya buxovunu

Mərd bir oğul qırıb atdı.

Öz xalqının harayına

Ulu Öndər Heydər çatdı.

Gəldi doğma Bakısına,

Yollar, izlər sökülmüşdü.

Sanki qorxunj zəlzələdən,

Hər şey çölə tökülmüşdü.

…Gəldi doğma Bakısına,

Yaşamağa yer istədi --

vermədilər!

Söyləməyə söz istədi --

vermədilər!

Bir şəhəri tikən memar

evsiz qaldı.

Yüz jilidlər yazan yazar

sözsüz qaldı.!

Nadanların nadanlığı

Yaman ağır gəldi ona.

Səmaları yarıb gəldi

Ana yurdu Naxçıvana!

Onun qəfil gəlişindən,

Yer üzünə ələndi zər.

Peyğəmbərtək qarşılandı

Naxçıvanda Ulu Öndər.

Yamanjana sarsılmışdı

İnsanların hallarına.

Onlar tezjə dönməliydi

Öz işıqlı yollarına.

İmdad gəzən dərdli gözlər

Dikilmişdi gözlərinə.

Öndə görüb xilaskarı

Gəlmişdilər özlərinə.

Ən böyük dərd — Naxçıvanı

Etmişdilər yalqız ada.

Yerdən, göydən bu diyarı

Bürümüşdü blokada.

Rəhbər kimi yaşamaq da

Naxçıvanda çətin idi.

Ulu Öndər öz işində

Bütöv idi, mətin idi.

Dünya artıq nəzərini,

Yönəltmişdi Naxçıvana.

O dahinin iradəsi

Son qoyurdu nahaq qana.

Az zamanda el səsini

Gur səslənən səsə qatdı.

Qorxuları, yalanları

Ürəklərdən silib atdı.

Bu azadlıq savaşında

Yol yox idi daha geri.

Naxçıvanda məhv olurdu

İmperiya -- SSRİ.

Dədə Heydər seçimində

Haqq, ədalət yolun seçdi.

Blokada sipərini

Siyasətlə yarıb keçdi.

Tanrımızın duasıyla

Neçə bağlı yollar açdı.

Naxçıvanın səmasında

Günəş oldu, işıq saçdı.

Bəd xəbərlər yayılırdı,

Gözlənirdi qırğın hər an.

Gizli, aşkar bölünürdü

Neçə yerə Azərbayjan.

Sanki, bizə bəs deyildi

Qarabağın qara baxtı.

Bir qardaşın gülləsiylə

Bir qardaşın qanı axdı.

Vətənin hər bölgəsində

Yad tonqallar çatılmışdı.

Hərə bir jür düşüb tora

Döyüşlərə qatılmışdı.

Bakı joşub hayqırırdı:

-- Bunu hamı bilməlidi,

Bu ölkəni yaşatmağa

Yalnız Heydər gəlməlidi!

Ulu Öndər gəlməlidi,

Bütün səddi yıxmalıdı.

Azərbayjan xoş günlərə --

Qurtuluşa çıxmalıdı.

***

Xalqın iradəsi zülməti yardı,

Mavi göylərinə zər taxtı Bakı.

İstiqlal məşəli köksünü sardı,

Müstəqil dövlətin paytaxtı Bakı!

Fərsiz siyasəti rəhbər bəylərin,

Məhvə aparırdı azadlıq ləli.

Elin Xəzər boyda istək səyləri.

Bakıya gətirdi ulu Heydəri.

Bu qəfil gəlişdən qara qüvvələr,

Qara əməllərdən qorxdu,dayandı.

Qəlblərdə buzlaşmış soyuq ürəklər,

Azadlıq eşqiylə alışıb,yandı.

Dəyişdi görkəmi şəhər,kəndlərin,

Yayıldı ellərə şöhrəti,şanı.

Elə ovsunladı incik qəlbləri,

Qoymadı bölünsün Azərbaycanı.

Onun büllur kimi əməllərindən,

Çeşmələr çağladı, çaylar duruldu.

Xalqın vətən sevər igidlərindən,

Yenilməz, əyilməz ordu quruldu.

Mərkəzdə ,ən uzaq dağ kəndlərində

Məktəblər tikdirmək istək-səyidi.

Bir inam var idi, geniş qəlbində.

Təhsil millətinin gələcəyidi.

İdman yarışları,olimpiada,

Bizi qovuşdurdu xoş çağımızla.

Dünyanı titrədən çox yarışlarda

Ucaldı himnimiz, bayrağımızla.

Bütün arzular çin olubdu,çin,

Bir qüdrət var idi imza-qolunda.

Olsa da bir qədər əzablı,gərgin,

Bir həyat başladı, İpək yolunda.

Zəhməti bar verdi Ulu öndərin,

Dünya heyran qaldi "Bakı-Ceyhan”a.

Xəzərdən uzanan qaz kəmərləri

Hərarət bəxş etdi bütöv cahana.

İllərlə həllini tapmayan işlər,

Heydər zəkasıyla tapdı həllini.

Onunla baş tutan rəsmi görüşlər.

Dünyaya tanıtdı doğma elini.

Müstəqil dövlətin mərd prezidenti,

Ali kürsülərdən yaydı səsini.

Öz doğma dilində tam kəskin,qəti,

Bəşərə çatdırdı haqq kəlməsini.

Bu gün son mənzili fəxri xiyaban,

Qərq olub əbədi çiçək ətrinə.

O Günəş ömrünü dünyaya yayan,

Dönübdür şerimin qızıl sətrinə.

...Bir insan ömründən söz açıram mən,

O,mavi göylərdən enməyəcəkdir.

Əbədi bir ömrü alıb Günəşdən-

O,Heydər ömrüdür sönməyəcəkdir.

İbrahim Yusifoğlu.

Şərur şəhəri

29 aprel 2019-cu il