Bazarda cib yandıran qiymətlər: süni artım, yoxsa...
Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərini
gözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin
50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı,həmçinin
yeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhali
qruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərin
həlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlara
aşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrə
kompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarına
dəstəyini ifadə edir.
...Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiyməti
sözün məcazi mənasında "at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyən
insanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanın
və kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli "Orbit”saqqızınqiyməti
50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən " Saqqız satan
baba ölüb!” cümləsi mənə də qəribə gəlmədi.
Bahalaşmasüd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardan
biri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.
Şokalad məhsullarında da
qiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan
"Sinikers”-də hazırda 25-26%-lik artım
var.
Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə,
bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çox
narahatdır.
Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov Cənab Prezident İlham Əliyevin
ölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zaman
qayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaq
yeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymət
artırırlar.Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artım
faizi qədər bahalaşma var.
Kəlbəcər rayonundan məcburi köçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir. O mal və xidmətlərdə bahalaşma yaradan işbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir. Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosial müavinətlərini artırdı.Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir. Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət, yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruri tələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsir edir.
Qiymətlərə nəzarət olmalıdır...
Nəzərə alsaq ki, xarici
valyutanın məzənnəsi sabit qalıb,xaricdən idxal olunan məhsullara rüsumlar
artırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın qiyməti ucuzlaşmayıb, həmçinin
başqa mühüm iqtisadiyyata təsir edənfaktorlar olmayıb, o zaman bahalaşmanın
süni olduğun demək olar.Son günlər kartofun və soğanın qiymətinin 2 dəfə
artması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsi
nəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına edilən
davamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatında
qıtlıq yaranar.
Hələ qədim dövrlərdə iqtisadi məktəblər "azad iqtisadiyyat” və "dövlət tənzimlənməsi”
anlayışlarına müxtəlif fikirlər bildiriblər.Bazar iqtisadiyyatı prinsipləri ticarətin
liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə,
bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin
qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində,
tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən
edilir. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiyməti
qoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyata
müdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata
müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının
aradan qaldırilmasına yönəldilir.
Ümid edirik ki, hazırki qiymətlər aidiyyatı dövlət strukturlarında
araşdırılacaq və lazimi tədbirlər görüləcəkdir...
Arif Salahov
İqtisadçı jurnalist
Digər Xəbərlər
19 Aprel 2024 13:47