adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 May 2019 15:46
6385
GÜNDƏM
A- A+

Polisin maaşı artırılsın – Millət vəkilindən təklif

Polis ölkənin sabitliyi üçün ictimai asayişi təmin edir. Eyni zamanda təhlükə olanda polis əməkdaşları əsgər kimi vətəni qoruyur. Mənim iki qardaşım da polis əməkdaşı olub.

Bu sözləri Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışan BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev əlavə edib ki, polisdə Cinayət Axtarış İdarəsində çalışan zabitlərin əmək haqqı azdır: "Məndə olan məlumata görə, belə zabitlər 523 manat əmək haqqı alır. Əgər biz may ayında büdcəyə baxacağıqsa, bu məsələyə də diqqət etməliyik”.