adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 May 2019 15:44
9094
GÜNDƏM
A- A+

Bakı-Sumqayıt qatarlarının hərəkətində dəyişiklik olacaq

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq, 4 mayda, şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08:40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09:05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09:50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.