adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 May 2019 13:33
7009
GÜNDƏM
A- A+

Daxili işlər nazirinin birinci müavini deputatların hostellərlə bağlı narahatlığına belə cavab verdi

"Hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir. Sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib.

V.Eyvazov bildirib ki, bu problemlərin həll edilməsi mümkündür: "Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.