adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 May 2019 13:28
5803
GÜNDƏM
A- A+

Gömrük Komitəsinin sədri: “Əhalinin sağlam qida ilə təmin olunması...”

"İndiyədək Azərbaycanda bir neçə istiqəmətdə müəyyən edən proqramlar qəbul olunub. Amma bu dövlət proqramı onların hamısından fərqlənir".

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş tədbirdə bildirib.

S.Mehdiyev qeyd edib ki, Dövlət Proqramında bir neçə istiqamət üzrə hədəflər müəyyən edilib:

"Birincisi, bu Dövlət Proqramı həm dövlət qurumlarının bir yerdə cəmlənməsi, həm də istiqamətlərin müəyyənləşdirilməsi baxımından önəmlidir. İkinci tərəfdən, əhalinin və cəmiyyətin bütün sahələrini əhata edən, hər bir fərdi maraqlandıran bir proqramdır. Çünki burada əhalinin sağlam qida ilə təchiz olunmasından söhbət gedir. Ölkəmizdə bütün sahələrdə aparılan islahatları bir arada cəmləyərək, idxal və ixrac əməliyyatlarını gücləndirilməsi əsas prioritetlərdəndir. Bu proqramın icrası və nəzərdə tutulan tədbirlər planı cəmiyyətin sağlam qida ilə təmin edilmə sində mühüm rol oynayacaq”.

DGK sədri qeyd edib ki, ötən ilin sonlarında idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi və bu istiqamətdə prosedurların sadələşdirilməsi yönündə "Yaşıl Dəhliz” sistemi proqramı işə düşüb:

"Proqramın ilk nəticələri bizi sevindirib. İki aylıq nəticələr onu deməyə əsas verir ki, ixrac əməliyyatlarında iştirak edən ixracatçılar ötən ilin müvafiq ayları ilə müqayisədə 2,4 dəfə ixrac əməliyyatları artıb. Dövlət proqramının təsdiq olunması və bundan sonra aparılacaq bütün işlər, kadr potensialının və qaydaların yenidən müəyyən edilməsi, beynəlxaq normalara uyğunlaşdırılması və əlçatanlığının təmin olunması, qurumlar arasında əməkdaşlığın vahid şəkildə inteqrasiya olunmasına xidmət edəcək. Eyni zamanda AQTA-nın kordinasiya rəhbərliyi altında ixrac potensialımız daha da artacaq''.(modern.az)