adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 May 2019 13:16
4481
GÜNDƏM
A- A+

Siyavuş Novruzov Miqrasiya Xidmətinə müraciət etdi

"Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır”.

Bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir.

"Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formatına da yenidən baxmalıyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsində iştirak etməlidir".