Faiq QİSMƏTOĞLU: ÜRƏK TƏMİZDİRSƏ...

FAİQ QİSMƏTOĞLU
43733 | 2019-05-03 14:23

... Adamvar onunla bir kəlmə, bir dəqiqə söhbət eləyirsən, görürsən ki, o bir kəlmə, obir dəqiqə sənin qəlbinə elə bir işıq salır ki, bütün varlığın təmizlənir,paklaşır və durulur. Və bu insanlar heç də adi insanlar deyillər. Bu insanlarhamı tərəfindən sevilən, işığı duyulan, sevgisi hiss edilən və yüksək mədəniyyətiolan insanlardılar...

...Onların bir adı var: ziyalı! Ziyalılığı nə pulla almaq olur, nə də diplomla!Elmlər doktoru, professor, akademik ola bilərsən, ancaq səndə ziyalılıqişartısı tapılmaz. Adi bir çoban, peşə sahibi olarsan, amma səndə o işığı, onuru görmək olar. Yəni ziyalılıq da bir istedaddır və Allah-Təala tərəfindəninsana bəxş olunmuş bir vergidir. Ziyalı adam zamanından və məkanından asılıolmayaraq, özündən və ailəsindən öncə vətənini, xalqını, millətini düşünür. Vətənini,xalqını, millətini düşünürsə, elə öz ailəsini, balasını, nəvəsini yada salmışolur. Ziyalı insan başını kəssən də"Yeddi oğul istərəm” filmində mollanın diliylə demiş olsaq, qanına qəltan eləsəndə heç vaxt allahsızlıq eləməz, ağa qara deməz. Yəni onun üçün öncə Vətən, öncəhaqq-ədalət və öncə insanlıqdı! Əgər öncə vətənsə, öncə haqq-ədalətsə, öncə insanlıqsa, orda həmişə duruluq, saflıq və təmizlikvar!..

Mənimuzun müddətdir tanıdığım Hafiz Tahirov da məhz belə dəyərli, işıqlı və haqqyoluyla addımlayan böyük ziyalıdır. O Hafiz Tahirov ki, Füzuli təhsil sistemindəHüseyn Hüseynovdan sonra öz dəsti-xətti, öz yanaşma tərzi, ağayana və samballımövqeyiylə həmişə seçilib. Bu da təsadüfi deyildi. Çünki uzun müddət FüzuliRayon Maarif Şöbəsinin müdiri işləmiş Hüseyn müəllim elə bir ənənə, elə bir məktəbyaratmışdı ki, onu davam etdirməmək, təhsilə kölgə salmaq ən azından insafsızlıq olardı. Belə bir möhtəşəmənənəni yaşatmaq üçün isə məhz Hafiz Tahirov adlı böyük bir ziyalı yetişdi. O,zaman-zaman Hüseyn müəllimin qoyduğu və yaratdığı təhsil sahəsindəki mükəmməlliyə,sistemə yeni bir rəng də qatdı, yeni dəsti-xətt də gətirdi və o ənənəni davametdirdi...


HafizTahirov düz 43 ildir ki, Füzuli rayon təhsil sahəsində saç ağardıb. Bir müddətmüəllim işləyib. 1982-86-cı illərdə isə təhsil şöbəsində metodist vəzifəsindəçalışıb. İllər keçdikcə öz istedadı, savadı, unikal yaddaşıyla digərlərindənseçilib. Ona görə də 1986-98-ci illərdətəhsil şöbəsində müdir müavini vəzifəsinə irəli çəkilib. İnsanınistedadı, savadı və bacarığı həmişə ona baş ucalığı, alın açıqlığı gətirir.Hafiz müəllim də ona göstərilmiş etimadı doğrultmağı bacarıb və çalışıb ki, kiməsəbənzəməsin, özü olsun. Öz dəsti-xətti, öz yaradıcılığı, öz elmi təcrübəsi vəbiliyiylə böyük uğurlara imza atmaqda çətinlik çəkməyib. Zaman-zaman görüblərki, o, doğurdan da təhsil sahəsində yeniliklər, orijinal düşüncələr yaratmağaqadirdir. Elə məhz buna görə də 1998-ci ildən 2011-ci ilədək Füzuli Rayon TəhsilŞöbəsinə rəhbərlik edir. Kim nə deyir desin, onun rəhbərlik etdiyi illərdəFüzuli təhsilində çox böyük yeniliklərə və uğurlara imza atılıb.

Həyat oinsanları sevir ki, onlar bütün sınaqlardan və çətinliklərdən üzü ağ çıxır.Hafiz müəllimi də yaşadığımız bu həyat, yaşadığımız bu yaşam çox sınağa çəkib. Və o, həyatın sınaqlarından,soyuğundan, qarından, şaxtasından, bütün çətinliklərindən çıxmağı, ayaq üstədurmağı bacarıb. Çünki o, çox böyük ziyalıdı, çox böyük iradə sahibidi. Polad iradəliinsanları əymək olsa da, onu sındırmaq mümkün deyil. Heç Hafiz müəllimi kimlərsəəyə də bilməyib. Ən azından ona görə ki, o, hansı vəzifədə, hansı işdəçalışıbsa, haqqa, ədalətə və bir də qəlbinin səsinə sığınıb...

Böyükrus yazıçısı Çexovun gözəl bir kəlamı var: "İnsanın gərək hər şeyi gözəl olsun:özü də, paltarı da, qəlbi də, fikirləri də”. Mətləbə keçməmişdən öncə deyim ki,Çexovu mənə universitetdə oxuduğum illərdə müəllimim, gözəl insan və ziyalı,filologiya elmləri doktoru, professor Cahangir Məmmədli sevdirib. Hafiz müəlliminqəlbi də gözəldir, geyimi, mədəniyyəti də, düşüncələri də. Və bu düşüncələrdə sənancaq işıq görə bilərsən, duruluq tapa bilərsən... Bu işığı, bu duruluğutapanda sevinirsən ki, nə yaxşı bu böyük ziyalının bal kimi şirin söhbətinidinləyirsən...

Onunla həmişətelefon danışığımız olurdu. Və bu telefon danışığımızda da söhbətimiz çox şirinalınırdı. Hətta telefon danışıqlarının birində böyük Ramiz Rövşənin"Şükür” şeirini dedim. Həmin şeiri Hafizmüəllim dinləyəndən sonra dedi ki, müəllim, ruhuma və qəlbimə bir işıq gəldi. Səndənəvvəl qan təyziqim qalxmışdı. İstədim dərman atım, zəng gəldi. Gördüm sənsən,şeiri dedin, tay ovqatım rahatlandı, dərmana ehtiyac qalmadı. Sonra da dedi ki,rayona gəlsən, mənimlə əlaqə yarat. Heç səninlə indiyə kimi bir stəkan çay daiçməmişik.

Allah-Təalaonunla bir stəkan çay içməyi mənə qismət elədi. Çünki mənim nəvələrim də o məktəbdəoxuyur. Səhər saatlarında görüşdük. Kabinetində nə az, nə çox, düz bir saatyarım söhbət elədik. Və bu bir saat yarım mənim üçün 5-10 dəqiqə kimi gəlibkeçdi. Hafiz müəllim rus dili və ədəbiyyatı ixtisasına yiyələnib. Və burda dabiz Dostoyevskidən tutmuş Tolstoya, Çexova və hətta Viktor Hüqoya "dəyib” gəldik.O qədər gözəl, o qədər şirin, o qədər məlahətli danışırdı ki, sanki mən özümü cənnətdəhiss eləyirdim. Biz insanların yeməkdən çox belə mənəvi söhbətlərə, qidalara,işığa və nura ehtiyacı var. Belə söhbəti də ancaq Hafiz müəllim kimi böyükziyalılar eləyə bilər...

... O,özünə qarşı nə qədər tələbkar, ciddidirsə, tabeliyində olan işçilərə qarşı dabir o qədər tələbkardır. O, nizam-intizamı və səliqə-səhmanı sevən adamdı! Vəöncə də bu səliqə-səhmana, nizam-intizama özü əməl eləyir, sonra dabaşqalarında tələb edir.

Əvvəllərdə nəvələrimi aparıb məktəbə qoyanda onu dərs başlamamışdan 15-20 dəqiqə əvvəlməktəbin girişinin ağzında görürdüm. Çox səliqəli və təmiz geyimi var. Hamıdantez məktəbə gəlir, elə nizam-intizama da özü nəzarət eləyər. İstər-istəməz həmmüəllimlər, həm də şagirdlər direktorun bu qədər tələbkar və ciddi olmasından nəticəçıxarırlar. Əlbəttə, hər bir məktəb direktoru öz yerində olanda və özü tələbetdiyi kimi nümunə göstərəndə başqaları heç bir bəhanə eləmədən nizam-intizama əməledirlər.

...Masaya çay gətirirlər. Söhbətimiz isə davam eləyir. Müəllim-şagird münasibətlərindən,valideyn məsuliyyətindən danışır. Deyirki, bütün məsuliyyəti məktəbin və valideyinin üzərinə atmaq düzgün deyil.Valideynin öz vəzifəsi var, məktəbin də öz vəzifəsi. Hər səhər məktəbə gələndəhər şeyə göz qoyuram. Və bir hadisə nəzərimdən yayınan deyil; istər müəllim dərsəgec gəlsin, istərsə də şagird! Bütün bu məsələlər elə həmin an öz həllinitapır.

... Birçətin tərbiyə olunan şagirdimiz vardı. Həftələrlə dərsə gəlmirdi. Müavinimi vəsinif rəhbərini onun evinə göndərdim. Atası ilə görüşüblər, atası da deyib ki,hər gün oğlum çantasını götürüb məktəbə gedir. Sən demə, şagird həm atasını, həmdə bizi aldadırmış. O, evdən çıxıb internet-kafeyə gedir, kompüter oyunlarıoynayır, sonra da evə qayıdıb deyirmiş ki, məktəbdən gəlirəm. Məsələyə aydınlıqgətirəndən sonra valideyn məktəbə gəldi və həmin şagirdi də biz dərsə cəlb eləyəbildik. Gərək məktəb, müəllim və valideyn münasibətləri müasir tələblər səviyyəsindəqurulsun. Bax, onda biz istədiyimizə nail ola bilərik.

Bu gün dərəhbərlik etdiyim məktəbdə bu münasibətlər zamanın tələbləri ruhunda qurulub. Yənibir şagird belə diqqətdən kənarda qalmaz. Mən özüm də rus dilindən dərs deyirəm.Ən müasir texnologiyalardan istifadə eləmək biz müəllimlərin borcudur. Çünki əyanivasitələrlə, görüntülərlə dərs keçəndə şagirdin yadında hər şey tez qalır.

HafizTahirov 2011-ci ildən Füzuli rayonunun Horadiz şəhərindəki Mahir Səfərov adına1 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışır, "Əməkdar müəllim”dir.Hərəmiz çaydan bir qurtum içirik. Hafiz müəllim "Əməkdar müəllim” fəxri adınınalmasının tarixi ilə bağlı maraqlı hadisəni danışır. Deyir ki, mən təhsil şöbəsininmüdiriydim. Nazirlikdən bildirdilər ki, bizə layiqli bir neçə müəlliminizinadını və soyadını göndərin, onlara fəxri ad və medal veriləcək. Mən öz adımı vəsoyadımı təqdimatda yazmadım. Amma sabiq nazirimiz Misir Mərdanov o siyahıya mənimadımı yazıb. Sözün düzü, cənab prezidentin sərəncamını televizorda eşidəndəsevincimdən gözlərim yaşardı. Ancaq məndən olsaydı, bu ad başqa bir hörmətli müəlliməverilərdi. Görünür, hər şey Allahın və bir də haqqın, ədalətin tərəzisində həll edilir.

Mənimqızım da o məktəbdə müəllimə işləyir – ingilis dili müəlliməsi. Qızım evdənçıxanda dedi ki, ata, məktəbdən gedəndə mənimlə görüşərsən. Mən də istədim heçonunla görüşməyim. Ancaq onun dediyini Hafiz müəllimin nəzərinə çatdıranda o,qızımı kabinetinə çağırtdırdı və dedi ki, ata-bala nə qədər istəyirsiniz söhbəteləyin. Mən də dedim ki, Hafiz müəllim, bizim səndən gizli nə sözümüz olacaq.Qızımla xudahafizləşdim, sonra Hafiz müəllimlə birgə həyətə çıxdıq.

... Hərikimiz dərindən nəfəs aldıq və hər ikimiz sevindik ki, bir stəkan çayı bir yerdəiçə bildik. Yazın gözəl havası, günəşin işığı və Horadiz şəhərinin ağaclarınınpıçıltısı bizim qəlbimizə bir rahatlıq gətirdi.Və bu rahatlıq bir daha ona dəlalət edirdi ki, doğurdan da böyük ziyalı, böyükinsan, böyük müəllim Hafiz Tahirov təmiz ürək sahibidir. O ürək ki, həmişə ordagünəş var, istilik var, vətən məhəbbəti var...

P.S. Həmintam orta məktəblə bağlı ətraflı yazını növbəti saylarımızda dərc edəcəyik.

TƏQVİM / ARXİV