adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"800 minlik AYıB" - Eminquey yazır

EMİNQUEY AKİF
59046 | 2019-05-04 09:25

BuraYazıçılar Birliyidir. İçindəki köhnə-qədim sakitlik, rahatlıq adama qəribə birsükut gətirir. Natavan klubundakı masalarda dəfələrlə oturmuşam. Adamı yuxututur. Elə bilirsən ki, Natavanın dizlərinə qoymusan başını, o da şeir deyə-deyəsaçlarını oxşayır.

Yazıçılarbirliyi həm də siyasi cəbhədir. Ədəbi mühitin iqtidarıdır. Müxalif yazarlar dadaima bu cəbhəyə güllə yağdırar, daş atar və cavab atəşi ilə susdurular.

Günlərinbirində xəbər yayıldı ki, AYB-yə dövlət tərəfindən 800 min pul ayrılıb. Özüylədə 800 min dedi-qodu gətirib. AYB-dəkilərin üzündə yaz çiçəyi açmağa başladı.Hamı bir-birilə bu pul haqqında müzakirəyə başladı. Sualsa birdir:

- Görəsən, 800 min manat nəyə xərclənəcək? Maaşqalxacaqmı?

Mətbuatdurmadan bu xəbərlə oynamağa, oxunuş qazanmağa davam edərkən AYB-də də hamı 800mini düşünürdü. Qəfil binanın foyesindəki lövhəyə vurulmuş yazıçıların, şairlərinşəkilləri danışmağa başladı.

Ən səbrsiziMikayıl Müşfiq idi:

- Yenə o bağ olaydı,

yenə yığışaraq siz,

o bağa köçəydiniz...

biz də muradımızca

səkkiz yüz min manatdan,

beş-onca min alaydıq,

bir bağ evi tikdirib

sizə qonşu olaydıq..

Bütün şəkillərMüşfiqin bu şeirinə mat-məəttəl qalır. Birinci Cəfər Cabbarlı dillənir:

- Müşfiq, sən də pul hayındasan?

- Hə, Cəfər,o vaxt bu qədər pulum olsaydı, bəlkə də güllələnməzdim.

Kədərli birsükut bürüyür şəkilləri.

Cəfərtövrünü pozmur, davam edir:

- Əgər bütün bəşəriyyət ədüvi-canım ola,

Ürək süqut eləməz aldığı beş-on mindən.

Hüseyn Cavidtəlaşla, astadan:

- Bəsdi indi eşidər tüm AYB əhli bunu,

Susun, gəlir Rəşad Məcid ilə Anar tindən.

Rəşad MəcidAnarla söhbətləşir:

- Anar müəllim, bezdiriblər məni. Gündə beş-on zənggəlir, 800 mini hara xərcləyəcəyimizi soruşurlar. Musa Yaqub xəstədir, ona köməketməyimizi istəyirlər.

Anar həmişəkidaş sükutu ilə başını yelləyib deyir:

- Gedək, kabinetdə danışarıq. Bu bədxahlarısusdurmaq lazımdır.

Lövhədən səsgəlir:

- Mana dinmə, sus deyirsən, nə vaxtacan susacam,

Böhranların, hicranların, məhbəsində qalacam?

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana vətənimdir talan olan bu diyar.

ƏhmədCavadın bu sözləri şəkilləri bir daha sükuta qərq elədi.

Qəşəm Nəcəfzadəkoridorda təlaşlı, bir az qəmgin görünür. Gəlib Anarın kabinetinin qarşısındadayanır. Qalstukunu düzəldir, saçına tumar verir, qapını döyür.

İçəridən:

- Gəl!

Qəşəm içərigirən kimi oğlu Kəramətdən şikayətlənir.

- Anar məllim, siz Allah bağışlayın, Kəramətdi də.Sizinlə olan şəkillərini feysbukda paylaşıb öz aləmində zarafat eləyir. Onunyerinə sizdən üzr istəyirəm.

Rəşad Məcid:

- Ay Qəşəm, sən Kəramətin yerinə üzr istəməyi nəvaxt tərgidəcəksən?

Qəşəm: 

- Bircəbu Kəraməti evləndirə bilsəydim...

Rəşad Məcid:

- Bura evləndirməkidarəsi döyül də, Qəşəm.

- And olsun bu yaxınlarda aldığım medala, Anar məllim,sizdən başqa heç nə istəmirəm.

Qəşəm Nəcəfzadəotağı tərk edir. Az keçmir ki, otağa Əsəd Cahangir girir.

- Salam, Anar müəllim. Bir şey üçün sizi narahatedirəm. Dünən Həmid Herisçilə söhbətləşirik. Dünya artıq postinsan mərhələsindədi,amma bizdə o əjdahadan hələ də yoxdur. Bəlkə yardım əlinizi uzadasınız, beş-onmin verib bir postinsan gətirək buralara?

Anar:

- Olar, Əsəd, gətir, gələn kimi də AYB-yə üzv eləyərik.

Rəşad Məcid:

- Tam doğru deyirsiniz, Anar müəllim, lap GəncƏdiblər məktəbinə də üzv eləmək olar. Sonra da təqaüd verərik ki, narazıqalmasın.

Çingiz Abdullayev otağa üzündəki qəribə bir sevincləgirir və dərhal sözə başlayır:

- Sevinclüyəm Ana məllim bir şeyə görə. Yazmışamdünən iki dənə roman. Lazımdur indi çap eləmək. Eliyün padderjka mənə.

Anar:

- Çingiz, sən "Neftçi”yə padderjka ola bilirsən ki,biz də sənə paddeşka olaq? Qarabağ yenə çempion olacaq.

Rəşad Məcid:

- Anar məllim, Qarabağın çempion olmağının nəyipisdir ki?

Qəfil səksənihaqlamış Oqtay Rza girir otağa:

- Göydə yanar əbədi fanar,

Xoş gördük sizi hörmətli Anar.

- Xoşgördük, Oqtay. Sən niyə gəlmisən?

- Heç Anar müəllim, elə ağlıma gəldi bu şeir,dedim, gəlib sizə deyim, yoxsa rahat otura bilməyəcəm.

Rəşad Məcid:

- Oqtay müəllim, siz bu şeirin bütöv variantınıgöndərin Qulu Ağsəsə, "Ulduz”da çap eləsin.

Bu dəm QuluAğsəs sözünün üstünə gəlib çıxır.

Rəşad Məcid:

- Budey, yaxşı adam sözünün üstünə gəlib çıxar,Qulu da gəldi.

SalamlaşanQulu Ağsəs üzünü Anara tutub deyir:

- Anar müəllim, antologiya çap eləmişik, indi istəyirəmki, onun diskini çıxaraq. Səsli də olsun.

Anar:

- Yaxşı, Qulu, bir şey fikirləşərik.

Qulu Ağsəsdənsonra bir müddət otağa heç kim girmir. Bu get-gəlsizliyi Dayandur Sevgi pozur.O da adəti üzrə salamlaşır, Anar müəllim də nə istədiyini soruşur.

- Anar məllim, bu qızdırıcılar ta işə yaramır.Qışın soyuğunda pəncərənin önündə dayanıb siqaret çəkəndə soyuq adamı birtəhəreləyir. Hazır pul gəlmişkən, onları da dəyişək.

Bu təklifhamının ürəyincə olur. Axır ki, pulun xərclənəcəyi yerlərdən biri tapıldı.

Telefon zəngçalır.

Hamı əlinicibinə atır, telefonlarına baxır, axırda məlum olur ki, zəng Anarın telefonunagəlir. Anar zəngi açır:

- Salam, Anar müəllim. Sizi saytdan narahat edirəm.AYB-yə ayrılan 800 min vəsaiti nələrə xərcləyəcəksiniz?

- Yenə bu sual? İndi iclasdayam, bir azdan sizə məlumatverəcəyəm.

Yazıçı Anar qəlyanınıalışdırıb 800 mini düşünə-düşünə gəlib çıxır şair Səməd Vurğunun şəklinin qarşısına.Və astadan Səməd Vurğuna baxıb pıçıldayır:

- Sən necə də gözəl demisən - El bilir ki, sən mənimsən!


TƏQVİM / ARXİV