adalet.az header logo
  • Bakı 16°C
03 May 2019 13:08
6635
GÜNDƏM
A- A+

“Qızlarımızı pulla yoldan çıxarırlar” - Araz Əlizadə

"Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Ölkəmizə gəlirlər, pulla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

Deputat xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilsə də, sonradan buna dəyişiklik edildi: "Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər. Hostelin girişi ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.