adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 May 2019 08:25
6046
GÜNDƏM
A- A+

Gürcüstan müsəlmanlarına qarşı təxribat

"Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb”.

Adalet.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı son hadisələr Gürcüstan xalqının haqlı incikliyinə səbəb olub və bir çox insan artıq öz mövqeyini ifadə edib: "Biz həmçinin bəyan edirik ki, bu komplesk Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək".

Gürcüstan Patriarxlığı qəti olaraq hər hansı şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş istənilən cəhdlərindən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq olduğunu vurğulayıb: "Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”.