Kamal Abdulla mükafatını gənclərə bağışlayacaq
Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup müəllifi mükafatlandırıb.
Cəlil Məmmədquluzadə adına nəsr mükafatına laiq görülən akademik Kamal Abdulla Adalet.az-a açıqlamasında bildirib ki, ona verilən 2000 manat mükafatı 4 ən gənc və istedadlı yazar arasında hərəsinə 500 manat olmaqla bağışlayacaq.