adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 May 2019 10:08
13135
SİYASƏT
A- A+

Milli Məclisin deputatları Almaniyaya gedir

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gedəcəklər.

Adalet.az-ın məlumatına görə, "İqtisadiyyat – münaqişə mənbəyi, və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

"Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək.

Bununla yanaşı, deputatımız "Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində Azay Quliyev Almaniya Parlamentinin deputatları və rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər mayın 8-də başa çatacaq.