adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 May 2019 16:36
6987
GÜNDƏM
A- A+

Bakıda quraşdırılan yeni liftlərin qiyməti açıqlandı

"İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır".

"Report"un xəbərinə görə, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.

O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq: "Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir".

X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.