adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 May 2019 09:16
24170
ƏDƏBİYYAT
A- A+

Şairlər boşboğazdırmı? - Münasibət

Bu yaxınlarda ilahiyyatçı Elşən Soltanzadə "Ədalət” qəzetinə müsahibəsində Quranın "Şüəra” surəsinin ayələrini misal göstərərək şairləri boşboğaz adlandırıb. Bu məsələ ilə bağlı söz adamlarından aldığımız açıqlamanı təqdim edirik.


Tənqidçi Əsəd Cahangir: "Mənə elə gəlir ki, ilahiyyatçı olmaq son dərəcə məsuliyyətli bir işdir, çünki biri var insanların fikiriləri ilə bağlı yalnışa yol verək, biri də var Allahın kəlamı ilə bağlı yalnışa yol verək. Ona görə də ilahiyyatçı Qurani-Kərimə istinad edəndə hər sözünü ölçüb biçməli və son dərəcə ehtiyyatlı olmalıdır. Elşən Soltanzadə Allahın kəlamına lazımi dərəcədə diqqətlə yanaşmayıb, çünki "Şüəra” surəsində şairlərə münasibət birmənalı deyil, ikimənalıdır. Bizim ilahiyyatçı qardaşımız isə o mənalardan birini götürüb, ikincisini ya unudub, ya da məqsədyönlü şəkildə göz yumubdur. Bəli, "Şüəra” surəsində şairlərin yolundan azmışlar olduğu deyilir, amma onların arasında Allaha iman gətirib haqq yolunda olanların olduğu da deyilir. Yəni, burdan belə çıxır ki, Allahın nəzərində şair və şeir iki kateqoriyaya bölünür: yolundan azmış şair və şeirlər,imanlı şairvə şeirlər.Allah təbii ki, onlardan birini tənqid, birini isə təqdir edir. Elşən Soltanzadə isə yalnız tənqidi məqamı deyib, təqdiredicihissəsin üstdən isə sükutla keçir. Bu cür hallar insanlarda səhv düşüncənin yaranmasına gətirə bilər. Hər kəs Qurani-Kərimdənözünə lazım olan qədər, ya da bacardığı qədər nələrisə götürür. Görünür bizim ilahiyyatçı qardaşımız da həmin ayələrdən öz dünyagörüşünəuyğun nəticə çıxarıb."


Şair Aqşin Yenisey: "İlahiyyatçımızın bu surəni günümüzün şairlərinə aid etməsi onu göstərir ki, adamın məşğul olduğu ilahiyyətşünaslıq elmindən, ümumiyyətlə, xəbəri yoxdur. İslamın sənətə radikal münasibəti özündən əvvəlki bütpərəstliklə bağlıdır. Bilirsiniz ki, islamdan əvvəl ərəb qəbilələri bütlərə, yəni daş sifətlərə sitayiş edirdilər. İlk müsəlmanlar bütləri dağıtdılar və ərəblərin daş sifətlərə sitayiş etmələrini yasaqlamaq üçün surət çəkməyi qadağan etdilər. Amerikalı fəlsəfə professoru Robert Solomon yazır ki, "Allah" Məkkədəki bir neçə bütdən birinin adı idi, yalnız o, ərəblərin xoşuna gəldi və onlar bu bütün adını tək tanrıya qoydular, bütün sifətlərin allahda təcəssüm etdiyini söylədilər. Şairlərə gəlincə, ilk müsəlmanların onlara nifrəti manixeizm dini ilə bağlıdır. III əsrdə Hindistandan Yaxın və Mərkəzi Asiyaya Mani adlı bir peyğəmbər gəldi və özü ilə sufiliyin əcdadı deyə biləcəyimiz bir din gətirdi. Maninin dini alçaqkönüllülüyü təbliğ etdiyi üçün öz zamanında daha çox sənətkarlar, intellektuallar tərəfindən qəbul edilirdi. Sufi şairlərin əcdadı olan manixeist şairlər bütün Asiyada, o cümlədən Ərəbistan yarımadasında da insanları manixeizm inancına əməl etməyə, nəfslərinə hakim olmağa çağırırdılar. İslam yarandıqda manixeizmlə toqquşdu. Manixeizm deyirdi ki, qadın şərdir, xeyir allahının ruhunu bətnində bədənləşdirib dustaq edir, ondan uzaq gəzmək lazımdır. İlk müsəlmanlar isə dörd arvad davası edirdilər. Ona görə ilk müsəlmanlar o dövrün bütün şairlərini təqib edib öldürdülər və yeni nəsillərin şair olmaması üçün bu surəni "endirdilər". Halbuki Lev Qumilyov yazır ki, Quranın nazil olması IV-V əsrdə ərəb poeziyasında baş verən intibahla bağlıdır. Quranın avazı da özündən əvvəlki ərəb poeziyasının ahəngidir. Əgər məktəblərdə din dərsləri keçiriləcəksə, xahiş edirəm, bu adı çəkilən ilahiyyətçiyə iş verməsinlər, ta özü öz dinini oxuyub öyrənənə qədər.


Yazıçı Şərif Ağayar: Mən də bəzi ilahiyyatçıları boşboğaz hesab edə bilərəm, lakin bunu dilə gətirmək, xüsusən hansısa qəzetdə söyləmək etikaya sığmır. Bir ilahiyyatçı bunu deyirsə, onun məntiqi düşüncəsinə şübhə etmək lazımdır. Axı ilahiyyat həm də əxlaq qaydalarının, mənəvi dəyərlərin cəmiyyətdə geniş yayılmasını əldə şüar edir. İlahiyyatçının qeyri-etik danışması müəllimin savadsız, pedaqoqun tərbiyəsiz, polisin cinayətkar olmasına bənzəyir.



Şair Fərid Hüseyn: "Quranda deyilənlər daha çox azğın şairlərə aid məsələdir. Və bütövlükdə bütün şairlərə aid edilə bilməz. Çünkidinin mahiyyıətində hansısa peşə sahiblərini tamamilə qaralamaq kimi bir məsələ yoxdur. Zaman zaman Qurandakı həmin fikirləri səhv - sırf hərfi mənada anlayanlar olub, probelm də bundan doğur."