adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 May 2019 15:12
6929
GÜNDƏM
A- A+

Rauf Qərib Alagöz: MƏNCƏ HAMI MƏNİM KİMİ EDƏRDİ

Bir müştərimiz təmirə divan vermişdi və təcilidi demişdi.

Gecə 12-yə kimi işləyirdik ki, qurtaraq işi.

Kreslonun qolunu sökən kimi, gördüm nəsə düşdü. Baxdım ki, qızıl qolbağ.

Tez divanın yiyəsinə zəng elədim ki, kreslonuzun içindən qızıl qolbaq tapdıq, sabah görüşək verim.

Bayaqdan 10dəfə yığıb ki, "SƏN ALLAH DÜZ DEYİRSƏN"?

Deyir biz o qolbağı 1ildi axtarırıq. Uşağa yadigar idi. Tamam ümidi kəsmişdik. Yəni indiki dövrdə sizin kimi insanlar hələ də var?

Bayaqdan neçə dəfə yığıb Təşəkkür edib. Başa sala bilmirəm ki, qardaş Təşəkkürə nə gərək var, sizin halal malınızdı, biz də tapdıq və verəcəyik. Bizə gördüyümüz işin pulunu versəniz yetər))

MƏNCƏ HAMI MƏNİM KİMİ EDƏRDİ.