adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 May 2019 14:36
19765
MARAQLI
A- A+

BƏLKƏ İMAMHATİPLƏR AÇAQ?

Neçə gündü mətbuatda və sosial şəbəkələrdə məktəblərdə din dərslərinin keçirilməsi ilə bağlı müzakirələr və qırğın gedir. Mütləq nəsə tapıb iki yerə bölünməliyik.

Deyirəm bəlkə Türkiyədəki kimi imamhatiplər açaq? Qardaş ölkədə son 17 ildə imamhatiplərin sayı və onlara ayrılan vəsait dünyəvi məktəblərin sayından və dünyəvi məktəblərə ayrılan vəsaitdən bir neçə dəfə çox olduğuna görə, artıq abilərimiz başqa planetlərə hətta turist göndərə biləcək kosmik raketləri uçuşa hazırlamaq ərəfəsindədirlər.

Biz də inşallah, imamhatipləri açsaq Günəşə uçarıq. Təbii ki, gecə uçarıq ki, yanmayaq.