Faiq QİSMƏTOĞLU: O OCAĞIN İSTİSİ

FAİQ QİSMƏTOĞLU
47906 | 2019-05-01 12:53

...Müharibənin başlanması xəbəri gəlib Füzulinin Böyük Pirəhmədli kəndinə dəçatdı. Böyük Vətən Müharibəsi hər bir evi, hər ocağı, hər yurdu sınağa çəkirdi.Çünki bu elə bir sınaq idi ki, vətən, torpaq faşistlər tərəfindən işğal olunabilərdi. Bax, onda Rəşid Mənsim oğlu Qasımovun heç 18 yaşı da tamam olmamışdı.18 yaşı tamam olmasa da ona çağırış vərəqəsi gəlmişdi. Və bu çağırış vərəqəsionun ata ocağında hamını silkələmişdi. Ancaq gənc Rəşid müharibənin xofundan, dəhşətindənhəyəcanlanan doğmalarına təsəlli vermişdi. Demişdi ki, biz faşistlərinqabağından qaçan deyilik. Çantasını hazırlamışdı və çağırış məntəqəsinə yollanmışdı.Qatarla bir başa cəbhəyə getmişdi...

...Qatarın fiti və yavaş-yavaş hərəkətidoğma yerləri, obaları arxada qoydu. Rəşid özü getsə də, qəlbi və ürəyi doğmayurdunda qaldı. Çox çətin və ağır döyüşlərdə iştirak elədi. 1942-ci ildən1943-cü ilin sonuna qədər Kerçi uğrunda gedən döyüşlərdə gözünü qırpmadanfaşitlərin payını verirdi. Elə bir döyüş olmazdı ki, orda onun nəfəsi, onungücü, onun qüvvəsi hiss olunmasın. O, topçu idi və toplardan da düşməninmövqeyini darmadağın eləyirdilər. Nə müharibənin qorxusu, nə də faşistlərin həmləsiheç vaxt Rəşidi qorxutmazdı. Və hər an, hər dəqiqə özünün dili ilə demiş olsaq,"qara poyezə” minib cəbhəyə qaynar xəttə gəlməyini xatırlayırdı. Və bir dədoğmalarını, əzizlərini yada salırdı. Və onları yada saldıqca ona güc, qüvvə gəlirdi.Düşünürdü ki, o, qalib kimi nə vaxtsa doğma kəndinə - Böyük Pirəhmədliyə qayıdacaqvə qayıtdı da. Ancaq ağır döyüşlərin birində ayağını itirdi. Kəndə dönəndə hamı onu sevgiylə qarşıladı. Hətta doğmalarıonun ayağını itirdiyini görüb kövrəldi də.Rəşid isə onlara təsəlli verdi. Dedi ki, ayağımı itirdim, vətənimi xilas elədim...

...Müharibədən sonra doğma kəndi Böyük Pirəhmədliyə döndü. Çünki Rəşid Qasımov çox bacarıqlı, çox zəhmətkeş vəçox da elini, obasını sevən adamdı. Ailə qurdu, övladları dünyaya gəldi, 6oğul, 2 qız atası oldu. Və kənddə də hamı onu halal, zəhmətkeş, gecəsi-gündüzüolmayan bir insan kimi tanıyırdı. Rəşid kişi başqalarından fərqli olaraq çörəkliadam idi. Onun süfrəsi qonaq-qara üçün həmişə açıq idi. Evinə-ocağına kim gəlsəydi,onu yedirtmədən, içirtmədən yola salmazdı. Həmişə də xanımına deyərdi:


- Azz, bilirsənnə var, heç vaxt qonaq-qara üçün verilən yeməyə daralma?! Çünki Allah-Təalaqonağın ruzisini ondan əvvəl göndərir.

Eləxanımı da onun kimi mərd-mərdanə, qonaq sevən, bir tikə çörəyini də camaatlabölən adam idi. Rəşid kişi həmişə çöldə, bayırda, ormanda, örüşdə olub. Atbelində o qədər Füzulinin, Qubadlının, Laçının yaylaqlarında gəzib ki... Yaylağada gedəndə tək getməyib ey, elə xanımını da götürüb. Bəlkə də Rəşid kişiFüzulinin meşələrini, dağlarını, bulaqlarını qarış-qarış gəzib, onun hər cığırını,hər yolunu tanıyır. O, elə bir kişi olub ki, başına gülləni sıxsa da haqqı deməkdən,düz sözü söyləməkdən heç vaxt çəkinməyib.

Füzulininyaxşı günlərində təsərrüfatla məşğul olub. Çoxlu qoyun-quzu, mal-qara saxlayıb.Qapısına qonaq gələn kimi, o dəqiqə bıçağı götürüb qoyundan, quzudan birini kəsib.Yəni Rəşid kişinin çox böyük ürəyi olub, bu gün də var. Rayonda ferma müdiri,briqadir işləyib. Sonralar isə kooperativ təsərrüfat yaradıb. Rayon Sovetinindeputatı olub. Hətta yoldaşlıq məhkəməsinə sədrlik edib.

... 1993-cüilin avqustunda Füzuli işğal olunanda Rəşid kişi də ordan məcburi köçkün düşübvə gəlib Göyçay rayonunun Xəlidli kəndində ailəsilə sığınacaq tapıb. Bir əhvalatıdanışaq ki, onun xalası oğlu Gorazılı kəndi 1993-cü ilin iyununda işğal olunandaRəşid kişinin yanına gəlir. Deyir ölmüşəm, məni yerdən götür, bəs bütün pulum,qızılım kənddə qalıb. Kəndə də ermənilər girib. Rəşid kişi bir aşağı baxır, biryuxarı, deyir, gəl min mənim atımın tərkinə, gedək kəndə. Xalası oğlunun rəngiağarır. Rəşid kişi təzədən dillənir: "Deyir ə, ağciyər olma, gedəcəyik kəndə,erməni olmur, lap erməninin dədəsi olsun, evə girəcəyik, sənin də pulunu götürəcəyik”.Tanıdıqları gizli yolla kəndə girirlər. Uzaqdan ermənilərn BTR-ni görsələr dəağacların arasıyla evə yaxınlaşırlar. Evə girib pulları, qızılları götürür vəordan da çıxırlar...

Rəşidkişi Göyçaya gəldiyi ilk gündən bu kəndin adamları ilə elə qaynayıb qarışır ki,sanki çoxdandı elə Xəlidlidə yaşayırmış. Və kəndin camaatı da onun ağayana vəağsaqqal hərəkətlərindən razı qalırlar. Görəndə həmişə "ağsaqqal, hərvaxtınızxeyir olsun” – deyirlər. Burda özünə yeni bir həyət alır, ağac əkir və buağacların da mer-meyvəsi olur. Hətta təndir də düzəldirlər həyətdə. Və o təndirdəhəyat yoldaşı xəmir qatıb çörək bişirir. Və bu çörəyin ətri də həmişə qonşularayayılır. Füzulidə gözəl bir adət var: təndirdə çörək bişirəndə həmişə ondanqonşulara da pay verirsən. Çünki çörəyin ətri adamın burnuna dəyəndə elə bilözünü cənnətdə hiss edirsən. Rəşid kişinin xanımı da elə Füzulidəki kimi bu kənddədə çörək bişirəndə qonşulara verib. Qonşular da "bərəkətli olsun” deyiblər.

RəşidQasımov çox maraqlı bir adamdı. Daha doğrusu, ağayanə bir el ağsaqqalıdı.Füzulidə ocağı necə qonaqlı-qaralıdırsa, elə burda da elədir. Bir gün Seyran Səxavət,Ramiz Rövşən, Rəşad Məcid və onun oğlu Nofəl kəndə gedirlər. O dəqiqə Rəşidkişi bir qoyun kəsir, kabab çəkir, qonaq-qarasına bir süfrə açır. Soruşurlarki, Rəşid kişi, yəqin içməyə bir şeyin də var. O da deyir niyə yoxdur? Özününhazırladığı alça və tut arağını ortaya qoyur və gedəndə də hərəsinə bir payverir. Və sonra da deyir ki, heç ürəyinizi sıxmayın, Rəşid kişi elə Füzulidəkiadamdı.

O, vətəninə,torpağına, doğma kəndi Böyük Pirəhmədliyə bağlı adamdı. Deyir ki, düzdür, burdacamaat bizə böyük hörmət eləyir, çox səmimidir və istiqanlı insanlardı. Ammadoğma ocaq başqa bir şeydi. Çox vaxt kəndimizi, dünyalarını dəyişmişdoğmalarımı yuxumda görürəm. İstəyirəm bu 95 yaşımda əlimə silah alım, oalçaqlarla vuruşam. Vallah, bir adam getsə, dalınca getməsəm kişi deyiləm.Baxmayın 95 yaşım var ha! Yenə əlim silah tutur, yeriyə bilirəm! Bu günününözündə də at minirəm. Bir oğul lazımdır ki, bizi aparsın o torpaqlara. Donuzheç vaxt öz xoşuna xırmandan çıxmaz. Gərək onu dəyənəklə çıxarasan. Bu ermənilər də donuz kimi bir şeydi. Otorpaqları biz sülhlə yox, müharibəylə azad edə bilərik. Mənim bu gün 5 nəvəmorduda xidmət eləyir. İçi mən qarışıq hamımız bu gün müharibə başlasa, döyüşəgetməyə hazırıq!

Birağsaçlı oğlan var ey, ağdamlı balası (millət vəkili Aqil Abbası nəzərdə tutur –F.Q.), o tez-tez döyüş bölgəsinə gedir. Televizorda gördüm ki, mövqeyimizikeçib erməni tərəfə addımlayır. Ürəyimdən keçdi ki, nə orda olaydım?! Elə mən dəqoşulub onunla birgə gedəydim üzü Ağdama, üzü Füzuliyə, üzü Şuşaya, üzü Laçınasarı...

Mən öz vətəniminhər qarış torpağını, hər bulağını, hər cığırını sevirəm. Gecələr həmin yerləryuxuma girəndə dik atılıb yerimdə otururam, tay yata bilmirəm. Səhəri diri gözləaçıram və durub həyətdə var-gəl eləyirəm...

Prezidentbizə çox köməklik eləyir, çox sağ olsun! Təqaüd alıram, müharibə veteranı kimi1000 manat pul verirlər. Amma onun bəzi məmurları yalançı çıxırlar. Məsələn,Göyçayın əvvəlki icra başçısı mənə dedi ki, öz pensiya pulunla ev tik, sənə köməkedəcəyik. Mən də ev tikdim, kömək etmədilər. Sonra eşitdim ki, onu vəzifədənçıxarıblar. Əvvəllər müharibə veteranı kimi mənə maşın vermişdilər. O da xarabolub sıradan çıxıb. İndi qalmışam piyada. Gözləyirəm ki, görüm Nazirlik mənəmaşın verəcəkmi? Axı müharibə veteranlarının hüquqları var. Mənim də ayağımınbiri yoxdu. Amma maşınım olsa rahat əyləşib ora-bura, xeyrə-şərə gedə bilərəm.Yəqin ki, yaxşı bir kişi çıxacaq, o maşını mənə nə vaxtsa verəcək.

Rəşidkişi Göycayın Xəlidli kəndinin camaatı barəsində o qədər ürəkdolusu danışır ki,bu sevgiyə və bu istəyə adam məəttəl qalır. Deyir ki, mən və mənim ailəm o camaatdan yer və göy qədər razıyıq. Bir hadisədanışım, qulaq asın: həyat yoldaşım gecə vaxtı rəhmətə getmişdi. Övladlarım gələnəqədər kənd camaatı hamısı qapıya gəldi və nə işimiz vardı hamısını yolunaqoydu. Oğlanlarım gəlib gördü ki, dəfnlə bağlı heç bir çətinlik yoxdu. Çadır daqurulub, samovarlar da gətirilib və digər şeylər də nə vardısa hamısı hazıridi. Bax, belə camaatdan mən necə razı qalmayım. Allah bu kəndi, onun camaatınıqorusun! Çox səmimi, çox istiqanlı və etibarlı adamlardı. Sən Allah, oğul, birşey deyəcəm, onu da yaz. Burda bir doxtur var ey, Telman doxtur, çox gözəladamdı! Sən də bilirsən da, mən qoca kişiyəm, tez-tez təyziqim qalxır. Telmandoxtura zəng eləyən kimi o dəqiqə özünü çatdırır. Gecə saat 4-də də zəng eləsəm,fərq eləməz. Görəcəksən ki, 5-10 dəqiqəyəbizə gəldi, təyziqimi ölçdü, dava-dərman verib getdi. Allah belə insanlarıqorusun!

Rəşid Mənsimoğlu Qasımov ömrünün 95-ci ilini yaşayır. Onun gözlərində və ürəyində böyük birümid var. Ümid var ki, doğma ocağı Füzuliyə, böyüyüb boya-başa çatdığı BöyükPirəhmədliyə nə vaxtsa qayıda biləcək. Çünki Vətən uğrunda döyüşənləri, qan tökənləriAllah da çox istəyir. Və biz Allah-Təaladan arzu edirik ki, ömrünü, gününü bu vətən,bu torpaq üçün qurban verən Rəşid kişilərinarzusu çin olsun və günlərin bir günündə o isti ocağına dönsün, torpağına ayaqbassın və bir rahatlıq tapsın...

TƏQVİM / ARXİV