adalet.az header logo
  • Bakı 20°C
01 May 2019 11:42
20716
MARAQLI
A- A+

Rauf Qərib Alagöz: ALLAH GÜNAHIMIZI BAĞIŞLASIN...

Azərbaycan Türkiyə İş Adamları Birliyinin iclasında idik. Hərə öz iş sahəsindən və istehsal etdiyi məhsullardan danışırdı. Ən dolğun və geniş çıxışı məşhur şərab zavodlarından birinin sahibi elədi. Firmasının istehsan elədiyi spirtli içkilərin keyfiyyətindən və gözəlliyindən bəhs edib bitirəndən sonra toplantı iştirakçılarına üzünü tutub dedi:

-YOLDAŞLAR, MƏNİ BAĞIŞLAYIN, GETMƏLİYƏM. CÜMƏ NAMAZINA TƏLƏSİRƏM.
Onu tanıyanlar da "Allah qəbul eləsin, həci" deyərək ayağa qalxıb yola saldılar.
Hətta arxasından "kişi Allah adamıdı" deyənlər də oldu.

Və biz kafirlər (mebel, inşaat malları və avadanlıqları istehsalçıları) qalıb toplantıya davam elədik.
ALLAH GÜNAHIMIZI BAĞIŞLASIN...