adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2019 17:12
33136
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus”da “Qisasçılar: Final” filminin ulduzlu nümayişi - FOTO

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında səbirsizliklə gözlənilən "Marvel” kinoşirkətinin "Qisasçılar: Final” filminin ulduzlu nümayişi baş tutub.

Qonaqlar arasında aktyorlar Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbrahimzadə, ifaçılar Malik Kələntərli, Nura Suri, Səidə Sultan, yazıçı Nərminə Məmmədzadə və Azərbaycanın Xalq Artisti Faiq Ağayev olublar.

Filmin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb.



Film haqqında qısaca: Qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Tədbirin təşkilində dəstək göstəriblər: "Red Bull”, "Carlsberg Azerbaijan” pivə istehsalı zavodu, "Ideal Perfumery” və "Paco Rabbane” kosmetikası.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və sizi kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.