adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2019 18:14
13512
ƏDƏBİYYAT
A- A+

QIZLAR, TƏLƏSMƏYİN

GÜLLƏLƏR AÇILMASIN

Müharibə – ölüm, qan
müharibə – göz yaşı.
Müharibə – fəlakət,
şəhidlərə baş daşı.
Kimlər xeyir tapıbdı
görən müharibədən?
Bilən varsa, söyləsin,
buna inanmıram mən.
Mən bütün ömrüm boyu
hər jür müharibədə
oğul itirdiyindən
«oğul» deyib ağlayan
anaları görmüşəm.
Jəbhəyə yolladığı
nişanlısı sarıdan
yuxusu səksəkəli
daim dərd çəkə-çəkə,
gözləri yolda qalan
sonaları görmüşəm.
Müharibə zamanı
«çörək» deyib dərd çəkən
bir aj körpə görəndə,
düşmüşəm dərdə mən də.
Yanağımdan süzülüb,
selə dönüb göz yaşım.
Olanları deyirəm,
həmişə gördüklərim
belə olub, qardaşım.
Çoxlarını demirəm,
mən öz gördüklərimin
bunlar mində biridir,
hələ dərdi-sərimin…
Bəs, onda görən niyə
erməni qan-qan deyir,
ağıllara sığmayan,
heç kəs inanmadığı
yalançı böhtan deyir?
«Müharibə» kəlməsi
heç vaxt düşmür dilindən.
İbrət götürməyibmi
Aprel döyüşlərimdən?
Erməni, ay erməni
yazığım gəlir sənə.
Sən öz aqibətini
yaxşı fikirləşsənə.
Çox qəribə tayfasan,
özün kiçik olsan da
istəklərin böyükdü.
Yuxuda gördüklərin –
«Böyük Ermənistan»ın
vallah, çiynində yükdü.
Söylədiyim bu sözlər
öz sözüm deyil mənim,
sözlərini deyirəm
Ali Baş Komandanın:
«Mən sülh tərəfdarıyam
bilənlər bilir bunu.
Dünya yaxşı tanıyır
mənim kim olduğumu,
sənin kim olduğunu.
İstəmirəm əllərim
bulaşsın al qanına.
Əl çək bu inadından.
Qaytar torpaqlarımı
qane ol torpağına.
Əgər bunu etməsən,
çox şey itirəjəksən.
Yenə də söyləyirəm,
sülhdür məramım mənim.
İstədiyim odur ki,
dil açan körpələrim
«sülh» sözüylə dil açsın,
firəvan yaşasınlar,
arzuları gül açsın.
Qoy mənim torpaqlarım
heç zaman diksinməsin
bombaların səsindən,
bunu istəmirəm mən!
İstədiyim odur ki,
hər tərəfə üz tutub
gedən yollar açılsın.
İnsanlara qəsd edən
güllələr açılmasın!
Bağlarda, bağçalarda
əlvan güllər açılsın.

2019.


QIZLAR, TƏLƏSMƏYİN

Erkən nikaha girən qızlara məsləhət

Qızlar, tələsməyin həyat qurmağa,
Öz vaxtında gələr həmişə bahar.
Məhəbbət dediyin oyunjaq deyil,
Onun öz qaydası, öz qanunu var.

Yolları heç zaman hamar olmayıb,
Eniş, yoxuşludu, daş-kəsəklidi.
Sizdən də jəsarət umar həmişə,
Aslan dözümlüdü, şir ürəklidi.

Çovğunu, şaxtası donduran olur,
Əgər sevirsənsə, gərək dözəsən.
İstisi alov tək yandıran olur,
Bundan da heç zaman bezməməlisən.

Sınaqları sevir, sınayan gərək,
Heç vaxt xar etməyib sınayanları.
Xeyirxah qəlblidi o, istəyər ki,
Qoşa addımlasın həyat yolları.

Siz də sınaqlardan kənar olmayın,
Sınayın, öyrənin sevdiyinizi.
Çox da inanmayın quru sözlərə,
Yalançı məhəbbət aldadar sizi.

Ötəri sevgiyə sevgi deməzlər,
Kimi isindirib qürub günəşi?
Qəlbini alov tək yandırsın gərək,
Odlu məhəbbətin odu, atəşi.

Düşmən uşağı da istəmərəm ki,
Ata nəfəsinə həsrət qalmasın.
Heç zaman məhəbbət yollarınızda
Ayrılıq olmasın,həsrət olmasın.

Ürək çox zərifdir, dözməz bu dərdə,
Heç kəs sındırmasın ürək sapını.
Yoxsa ki, «Vağzalı» sona yetməmiş,
«Ayrılıq» mahnısı döyər qapını.

2019.
QALIBDI

Namus sayılırdı bir vaxt papaqlar,
Kişilik rəmziydi hünər, qeyrət, ar,
İndi nə papaq var, nə papaqlılar,
Yaxşı kişilərin adı qalıbdı.

Şirin meyvələrdə şirinlik hanı,
Elə bil itibdi, şöhrəti, şanı.
Keçmişə qaytarır yaddaş insanı,
Yadda dadlıların dadı qalıbdı.

Çoxalıb taleyi, bəxti söyənlər,
Dərdlərdən əyninə paltar geyənlər.
Yaxşı çörəkləri yeyib yeyənlər,
Ortada arpanın jadı qalıbdı.

Dərdlərim güj gəlib, qəlbim yuxalıb,
Günbəgün jüjərib, artıb, çoxalıb,
Yaxşı qohumları yaxşılar alıb,
Mənə yadlarımın yadı qalıbdı.

1990.



















KÖNLÜMƏ KƏLBƏJƏR HAVASI DÜŞÜB

Bu gejə Kəlbəjər yuxuma girib,
Könlümə Kəlbəjər havası düşüb.
Sərin bulaqları, suyu bir yana,
Könlümə Kəlbəjər havası düşüb.

Şəfalı əllərin şəfası kimi,
Təbibin, loğmanın davası kimi,
Murovun, Kəpəzin havası kimi,
Könlümə Kəlbəjər havası düşüb.

Susuz torpaqlara qar düşən kimi,
Yarının yadına yar düşən kimi,
Xəstənin könlünə nar düşən kimi,
Könlümə Kəlbəjər havası düşüb.

Dolansın dağları, ya düzü gəlsin,
Kimsədən xəbərsiz dan üzü gəlsin.
Mən gedə bilmirəm, qoy özü gəlsin,
Könlümə Kəlbəjər havası düşüb.

2019.




AY DƏLİDAĞ

Dağlarımın şah dağısan,
Kəlbəjərin yaylağısan.
Hüsnünə məftun olmuşam.
Sən ömrümün növrağısan
Ay Dəlidağ!

Qonağındı hələ haylar,
Səmtsiz axır axan çaylar.
İnan mənə, əmin ol ki,
Belə keçməz günlər, aylar,
Ay Dəlidağ!

Boz təpədən dağ olmayıb,
Ayranlardan yağ olmayıb.
Düşmən elə o düşməndi,
Düşməndən qonaq olmayıb,
Ay Dəlidağ!

Ayrı düşüb səndən elin,
Həsrətdən bükülüb belin.
Gəl qəm yemə, çox qalmayıb,
Ömrü azdır bu nisgilin
Ay Dəlidağ!

2017.



VAXTSIZ BANLAYAN XORUZ

Qonşuların xoruzu
gündüzlər banlayanda
mənim çil-çil xoruzum
gejələr banlayardı.
Gündüzlər banlamağı
unutmuşdu büs-bütün,
gejələr banlamağa
onun şakəri vardı.
Gejələr sübhə kimi
pozulmuşdu yuxumuz
onun yersiz səsindən.
Anam deyirdi tut, kəs,
daha jana gəlmişik,
tez ol ay bala, tələs.
Amma niyə gizlədim,
istəmirdim bunu mən.
İstəyirdim xoruzum
tərk etsin adətini.
Neyləyirsə eləsin,
gejələr banlamasın.
Axı, niyə də mənim
bu xeyirxah fikrimi
dərk edib anlamasın?
Bir gün söylədim ona,
ay xoruz, insafa gəl,
əl çək bu adətindən.
Əgər belə etməsən,
yazıqsan, kəsilərsən.
Qıyma ki, nahaq yerə
ömrün getməsin hədər.
Bil ki, vaxtsız banlayan
xoruzları kəsiblər.

2019.



AY ÜRƏK

İllərlə səninlə yoldaş olmuşuq,
Janı bir, qanı bir qardaş olmuşuq.
Sirrimiz bir olub – sirdaş olmuşuq,
Məni yarı yolda qoyma, ay ürək!
Natamam ömrümə qıyma, ay ürək!

Hələ yaşamaqdan doymamışam mən,
Yaxşı, pis günümü saymamışam mən.
Dünyada xoş bir iz qoymamışam mən,
Məni yarı yolda qoyma, ay ürək!
Natamam ömrümə qıyma, ay ürək!

Hər zaman üzümə gülməyib bahar,
Gah dolu görmüşəm, gah da yağış, qar.
Hələ çox yarımçıq arzularım var,
Məni yarı yolda qoyma, ay ürək!
Natamam ömrümə qıyma, ay ürək!

Könül vurğunudur gözəlliklərin,
Eşqim, məhəbbətim dəryadan dərin.
Mən Fərhad olmuşam, Vətənim – Şirin
Məni yarı yolda qoyma, ay ürək!
Natamam ömrümə qıyma, ay ürək!

Hər şey bölünəndir, bölünməz Vətən,
Onun bütövlüyün görməliyəm mən.
O mübarək günü görməyənəjən
Məni yarı yolda qoyma, ay ürək!
Natamam ömrümə qıyma, ay ürək!

2019.





SƏN MƏNİ UNUDA BİLMƏYƏJƏKSƏN

Məni unutmağa çox da jan atma,
Qaysaqlı yaramı didib qanatma.
Keçmiş xatirələr yatıb, oyatma,
Sən məni unuda bilməyəjəksən.

Əgər ölən yoxsa, qəbir qazılmaz,
Görülməyən yuxu heç vaxt yozulmaz.
Haqdan gələn yazı haqdı, pozulmaz,
Sən məni unuda bilməyəjəksən.

Torpaq göyərdəjək ona nə əksən,
Yaxşı, ya pis olsun, bar görəjəksən.
Olub keçənlərə qələm də çəksən,
Sən məni unuda bilməyəjəksən.

Dünya başqa rəngə boyanajaqdı,
Yatmış xatirələr oyanajaqdı.
Gözlərin önündə dayanajaqdı,
Sən məni unuda bilməyəjəksən.

Zirvəli dağların başı dumandı,
Ağrılıq özü də bir imtahandı.
Unutqanlıq dərdi vallah, yamandı,
Sən məni unuda bilməyəjəksən.

2019.



ROBOT ADAMLAR

Robot adam görəndə
yaman təşvişə düşdüm.
Mən belə möjüzəni
ömrümdə görməmişdim.
Diqqətlə baxdım ona,
əli var, ayağı var.
Adam kimi danışan
dili var, dodağı var.
Salam verər adam tək,
salam alar adam tək.
Görən deyər adamla
lap dəyişik düşəjək.
Əsl adamlar ilə
onun birjə fərqi var.
Bu fərq nədir, nədədir
hər kəs axtarsa, tapar.
Təkjə ürəyi yoxdu,
nə əti var, nə qanı.
Əgər bunlar da olsa,
lap çaşdırar insanı.
…Adamlar da görmüşəm,
robot ondan öndədi.
Adam jildinə girmiş
bir müqəvva gündədi.
Adamlıqdan kənardı,
təkjə adı adamdı.
Nə qohumu adamdı,
nə də yadı adamdı.
Qəribə zəmanədi,
baxırsan ağlın çaşır.
Robotlar adam olur,
adamlar robotlaşır.

2019.



YAŞASIN JANAVARLAR

Janavarlar sürüylə
hüjum etdi kəndmə.
Hamısı öz bəxtinə
arxayınmış sən demə.
Bilirlərmiş onlara
xətər toxunmayajaq,
zaval görməyəjəklər.
Buna görə bu işə
girişiblər sərasər.
Yaman əsəbiləşdim,
işi belə görəndə.
Janavarlara qarşı
nifrət yarandı məndə.
Dərhal tüfəng götürüb,
nişan aldım birini.
İstədim ki, onlara
göstərəm öz yerini.
Elə bax, bu məqamda
dostum tutdu qolumdan.
Dedi sən neyləyirsən,
tulla tüfəngi, dayan!
Dedim ki, səbəb nədi,
axı, ziyankardılar.
Onların ujbatından
zara gəlib qoyunlar.
Söylədi ki, onlara
heç vaxt toxunmaq olmaz,
bu qəti qadağandır.
Bunu çoxları bilir,
bu barədə qərar var.
Dedim ki, bəs, neyləyək?
Dedi, dözmək gərəkdi.
Bəlkə bir də bu kəndə
onlar gəlməyəjəkdi.
Düşündüm ki, nə yaxşı
belə gözəl qərar var.
Qoy insan, heyvan ölsün,
Yaşasın sanavarlar!

2019.