adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2019 17:49
7608
MƏMLƏKƏT
A- A+

İTV-də qanvermə aksiyası keçirilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankı tərəfindən reallaşdırılan aksiyada İTV rəhbərliyi və qurum əməkdaşları donorluq ediblər. Aksiyanın məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək olub. Tədarük edilən qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.