adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Aprel 2019 16:23
116904
AVTOMABİL
A- A+

4176 sürücüyə “pərdə və jalüz cəriməsi” kəsilib

"15 noyabr 2018-ci il tarixindən 29 aprel 2019-cu il tarixinədək ölkə ərazisində 4176 sürücüyə pərdə, jalüz və görüntünü məhdudlaşdırılan digər vasitələrdən istifadə etdiyinə görə protokol tərtib edilib”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantıRüfət Quliyev məlumat verib.

R.Quliyev qeyd edib ki, mayın 1-dən noyabrın 15-nə qədər yan arxa şüşələrdə yalnız sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadəyə icazə verilir:

"Ümumiyyətlə, Azərbaycanda avtomobilərin yan şüşələrində pərdə və günəş işığını məhdudlaşdıran örtüklərdən istifadə etməyə icazə verilmir”.

Sabahdan - mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadə etməyə icazə verilir.

Bu müddət ərzində sürücülər avtomobillərinin arxa yan şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər. Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.


Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.