adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Aprel 2019 10:32
26225
ELM VƏ TƏHSİL
A- A+

Türkiyənin ilk beynəlxalq mediatoru Azərbaycanda təlimlər keçir

Təqribən bir ay əvvəl​ Azərbaycada ​ "Mediasiya​ haqqında” qanun qüvvəyə mindi.​ Bu sahə ölkəmzidə yeni olduğundan​ mediator mütəxəssislər​ də hələlik yetərli qədər​ deyil və peşəkar mediatorların hazırlanmasına ciddi ehtiyac var. Mediasiya sahəsində mütəxəssislərin yetişdirilməsində də dəstək qardaş Türkiyədən​ gəldi. 

Türkiyənin ilk peşəkar beynəlxalq​ mediatoru, ​ Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Vəkillər​ Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham)​ seminar və təlimlər keçirib.​ Türkiyəli mütəxəssis "Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar, eləcə də "Məhkəməyəqədər mübahisələrin həlli”, "Mediasiya haqqında qanuna müqayisəli yanaşma” mövzülarında keçirilən müzakirələrdə məruzələrə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təlimlər hüquqşünasların ciddi marağına səbəb olub.​ Dəniz Kite Güner​ ölkəmizdə artıq daha geniş təlimlər keçirmək üçün dəvət alıb. Türkiyəli mtəxəssis Bakı Hüquq Mərkəzi ilə əməkdaşlıq haqqında razılıq əldə edib. Dəniz Kite Günerin növbəti seminarları may ayında baş tutacaq.​ Dünyanın bir çox ölkələrində analoji təlimlər keçirən xanım Güner Azərbaycanın hüquq sisteminə töhfə vermənin​ həyəcanını yaşadığını bildirib: "May ayında Bakıda mediasya ilə bağlı təməl bilgilər verəcəyik. Təməl bilgilər nədir?​ Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya uyuşmazlıklarında​ mediatorın rolu, mediasiya müddəti, mediasya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki,​ təlim bitincə,​ "aa, biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək", deyirlər. Bəziləri də, "bu tam mənə görə, bundan sonra​ ixtisaslaşaraq daha da yaxşı bir mediator olum," deyirlər. Ona görə biz hələlik təməl bilgilərə əsaslanan təlim təşkil etməyə qərar verdik. Türkiyənin ən yaxşı mediatorlarını​ və mediasiya təlimçilərini​ yetişdirmiş biri olaraq, Azərbaycana da bu sahədə töhfə vermək mənim üçün izaholunmaz bir həyəcandır”, - Sitatın sonu. 

 Qeyd edək ki, Bakıda növbəti təlimlər 17-24 May tarixləri arasında baş tutacaq.​ Bu proqramda iştirak etmək istəyənlər [email protected] ünvanına e-mail göndərə bilər. Türkiyəli mütəxəssis Azərbaycanın digər hüquq və ədliyyə strukturları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını açıqlayıb: "19 illik beynəlxalq təcrübəmizlə,​ Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına mediasiya sahəsinə aid təlimlərin hazırlanması, vasitəçi​ etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi​ kimi fərqli mövzularda​ dəstək olmaqdan böyk məmnuniyyət​ və qürur duyarıq”.​ Qeyd edək ki, Global Mediators&Negotiators təşkilatı Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri-hökumət təşkilatıdır. Yəni, bu təşkilatın verdiyi sertifikatla dünyanın istənilən ölkəsində mediator xidməti göstərmək mümkündür. Eyni zamanda mediasiya təlimlərinə qatılmaq üçün mütləq hüquqşünas olmaq tələb olunmur. Digər ixtisas sahibləri də bu təlimlərdə iştirak edə bilərlər.​