adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Aprel 2019 13:20
7755
MƏMLƏKƏT
A- A+

Binəqədidə yol bağlanacaq - XƏBƏRDARLIQ

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edilir və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.