Dünya ölkələrində ərzağa nə qədər pul xərclənir? - MARAQLI
Dünyada firavanlıq və rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə və s. sahələr üzrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru rolunu oynayır.
2018-ci ildə Beynəlxalq Valyuta Fondunun və BMT-nin ortaq hesabatlarına görə, Avropada ərzağa ən çox pul Ukrayna vətəndaşları tərəfindən xərclənib.
Ərzağa xərclədikləri vəsaitə görə Qazaxıstan (46%), Moldova (43,4%) və Belarus (38,2%) Avropanın növbəti ölkələri hesab olunur. Bu ölkələdcə mədəni istirahətə aylıq gəlirin cəmi 1,1-2,3% xərclənir.
Dünya miqyasında ərzağa ən çox pul xərcləyən ölkələr Nigeriya, Kamerun və Çad hesab olunur. Bu ölkələrdə ərzaq xərcləri aylıq gəlirlərin 70-80%-i arasında dəyişir. Dünyanın bir çox ölkələrində dəqiq statistikanın aparılması qeyri-müəyyən olduğu üçün dəqiq informasiyaların əldə olunmasında cidid problemlər var.(modern)