adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2019 15:28
13137
SİYASƏT
A- A+

Azərbaycan Xalq Hərəkatı yenidən parçalanıb

Parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb.

Bu gün hər iki qanad ayrı-ayrılıqda iclas keçirmək barədə qərar qəbul edib.

Bu gün Vətəndaş və İnkişaf Partiyasının qərargahında İdarə Heyətinin üzvləri - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın başqanı Tural Abbaslı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azadlıq Partiyasının sədriƏhməd Oruc, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli, İslam Demokratik Partiyasının sədri Tahir Abbaslı iclas keçirib. Hüquqşünas Qurban Məmmədov də bu qanadda təmsil olunur. İclasda may ayı üçün iş planı müzakirə olunub.

Bu gün saat 15.00-da isə Klassik Xalq Cəbhəsi Partiyanın (KXCP) qərargahında sabiq daxili işlər naziri İsgəndər Həmidov, milli azadlıq hətəkatının fəallarından olmuş Ramiz Tağıyev, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digər İdarə Heyəti üzvlərinin iştirakı ilə digər qanadın iclası keçiriləcək.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu hələlikqanadların hər hansı birində təmsil olunmaq istəmədiyini, özlərini vahid AXH-də gördüklərini bildirib.