adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2019 14:57
29486
DÜNYA
A- A+

Rza Zərrabın azadlıqda olması ilə bağlı iddialar doğrudurmu?

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab məsələsi hələ də həll olunmamış qalır. Olayın baş verməsindən, Zərrabın həbsindən artıq 3 ilə yaxın zaman keçir. Lakin konkret addımlar atılmır. Hətta Zərrab məsələsi ilə bağlı dünya mediasında son zamanalar bir cümlə belə yazılmayıb. Bütün bunlar ciddi suallara yol açır. ABŞ-ın İran əsilli Türkiyə vətəndaşı Zərrabdan hər iki ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi barədə fikirlər səsləndirilir.

Hazırda onun Nyu-Yorkdakı həbsxanaların birində özəl bölmədə saxlandığı bildirilir. R.Zərraba qarşı münasibətin qəfil dəyişməsinin təsadüfi olmadığı vurğulanır. İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qeyri-qanuni yollarla yan keçməkdə ittiham edilən Zərrabın istintaq zamanı Amerika üçün vacib olan məlumatları bu ölkənin istintaq orqanına açıqladığı ehtimal edilir. Lakin eyni zamanda, bu məsələ ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq riçaqı kimi qalmaqdadır. Məhz bu xüsusda onun işinin hələ bir müddət də uzadılacağı güman edilir.

Rza Zərrabın harada olduğu ilə bağlı onun Nyu-Yorkdakı vəkili Akbulut VOA Türkcəyə açıqlama verib:

- Güvəndiyim qaynaqlardan əldə etdiyim son məlumatlara görə Zərrab Nyo-Yorkda adı açıqlanmayan bir həbsxanada saxlanılır. Heç bir vaxt da həbsxanadan kənara çıxmayıb. Türk mediasında onun həbsxanadan çıxdığı barədə yayılan xəbərlər doğru deyil. Hətta deyirlər ki, həyat yoldaşı Ebru Gündeş hamilədir. Amma Ebru Gündeş Nyo-Yorka gələndə cəmi bir dəfə həbsxanada Rza Zərrabla görüşə bilib. Belə bir sərbəstlik Amerikanın ədalət sistemində yoxdur.