adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2019 14:37
22825
KRİMİNAL
A- A+

Bakıda məktəblilərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Yasamal rayonu ərazisində məktəbliyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra oğluna naməlum şəxsin yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha 3 məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.

Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə (RPİ) göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 29-cu PŞ-nə müraciət edə bilərlər.