adalet.az header logo
  • Bakı 13°C
29 Aprel 2019 14:35
12363
SİYASƏT
A- A+

Baş nazirin müavini: Zaqrebdə Azərbaycan-Xorvatiya biznes-forumu keçiriləcək - YENİLƏNİB

Azərbaycan və Xorvatiya qarşılıqlı əmtəə dövriyyəsini artırmaq imkanına malikdirlər.

Bunu Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Zaqrebdə biznes-forum keçirməyi planlaşdırırlar:

"Biz, həmçinin iqtisadi əməkdaşlığımız çərçivəsində birgə komissiya yaratmışıq. Bu komissiyanın iclası bu ilin sonu və gələn ilin əvvəlində keçiriləcək".

Nazir Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqlara dəstəyini də ifadə edib:

"Xorvatiya iştirakçı ölkə kimi bu danışıqları dəstəkləyir. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının çox mühüm ölkəsidir".