adalet.az header logo
  • Bakı 19°C
29 Aprel 2019 14:21
9063
HADİSƏ
A- A+

SÜRÜCÜLƏRİN VƏ HƏKİMLƏRİN HESABINA

Əzrayıl istefaya göndərilib. Hər gün xəstəxanalardan ölüm xəbəri gəlir. Çoxları da həkim məsuliyyətsizliyindən.

Eləcə də yollarda. Dünən Gəncə-Daşkəsən yolunun Göygöldən keçən hissəsində iki avtomobil toqquşub - 8 nəfər həlak olub, yaralılar da var. Dünyada ən çox avtoqəza Türkiyədə olur. Və avtoqəzaların sayına görə də Türkiyə birinci yerdədi. Türkiyəli bir professor kanalların birində çıxış edərkən dedi:

- Bunun səbəbi odur ki, dədə-babalarımız həmişə at belində olublar, at çapıblar. Və «bırrr» eləyən kimi də at dayanıb. İndi biz də avtomobilləri elə at kimi çapırıq, saxlamaq istəyəndə «bırrr» eləyirik, o namərd də dayanmır.

Avtoqəzaların da əsas səbəbi sürət, yuxusuzluq və alkoqol. Polis saxlayanda da yaxşı bir yol tapmışıq, şantaj edib videoya çəkirik. Sonra da özümüzə lazım olmayan yerləri kəsib-atır, qalanını ötürürük saytlara və sosial şəbəkələrə.

Yeri gəlmişkən, hər iki avtomobil «Jiquli»di. Siz «Jiquli» qəzalarından sağ çıxan gördünüzmü?!