adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2019 13:00
22784
İDMAN
A- A+

Qurban Qurbanov “Qarabağ”la Premyer Liqada 200-cü qələbəsini qazanıb

"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

Bu, Topaz Premyer Liqasının XXVI turunun "Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən "Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Q. Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.