adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Aprel 2019 15:42
9315
HADİSƏ
A- A+

Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 8-ə çatıb - VİDEO - YENİLƏNİB - SİYAHI

Göygöldə baş verən yol qəzasında ölənlərin adları məlum olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində dünyasını dəyişənlər - 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, 2018-ci il təvəllüdlü Həsənova Rübab Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, 1949-cü il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı və 2016-cı il təvəllüdlü Camalov Hüseyn Aslan oğludur.


***

Göygöldə baş verən yol qəzasında 8 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.

O qeyd edib ki, 1 nəfər qadın isə Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır.

***

Saat 13:57

Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alan daha bir azyaşlı xəstəxanada ölüb.

***

Saat 13:24

Göygöldə baş verən yol qəzasında biri azyaşlı olmaqla 4nəfər ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini Eldəniz Gəray oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aslan Əbülfət oğlu Camalovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-2106"ın sürücüsü, bir qadın vəbir azyaşlı uşaqhadisə yerində ölüblər. "VAZ-2107"nin sürücüsü və daha bir nəfər xəsarətlə xəstəxanaya yerləşdiriliblər. A.Camalov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Saat 12:28

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. "VAZ” markalı iki avtomobilin toqquşmasınəticəsində 4 nəfərölüb.

Faktla bağlı araşdırma aparılır.