adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2019 12:34
12799
ELM VƏ TƏHSİL
A- A+

Bu abituriyentlərin imtahan nəticələri ləğv ediləcək – RƏSMİ

"Bizim ölkədə biznes qurmaq üçün əlverişli mühit var. Bəzi təhsil kursları abituriyentləri öz xidmətlərinə cəlb etmək üçün deyirlər ki, guya onlarda hansısa xüsusi suallar var”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, DİM tərəfindən nəşr olunan jurnallardakı materiallar müzakirə olunmur:

"Elə abituriyent var ki, birinci, yəni yaz qəbul imtahanında 690 bal toplayır. O ikinci, yay qəbul imtahanına da yazılır ki, 700 bal toplasın. Lakin elə abituriyentlər də var ki, yaz qəbul imtahanında yüksək bal toplayır, yay qəbul imtahanına da yazılır. Burada məqsəd başqalarına kömək etməkdir. Belə olduqda onun nəticəsi ləğv edilir".