adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Aprel 2019 17:54
28564
ŞOU-BİZNES
A- A+

"Rəqsanə Rusiyaya gedəndən sonra müğənnilərin yolunu kəsib" - Elgiz

Aparıcı Elgiz Əkbər müğənni Rəqsanə İsmayılova ilə bağlı iddia səsləndirib.

Aparıcı sənətçinin Rusiya toylarına istəmədiyi azərbaycanlı ifaçını buraxdırmadığını deyib.

Elgizin "Deyirlər ki, Rəqsanə Moskvaya gedəndən sonra müğənnilərin yolunu kəsib. Bütün toy biznesini ələ alıb, kimi istəsə, o, toya gedə bilər" sözlərinə əməkdar artist Ədalət Şükürov cavab verib. O, belə bir halın olmadığını deyib:

"Əgər səni toy sahibi istəyirsə, tapıb çağıracaq. Rəqsanənin öz işi, məclisləri, Xəyyamın öz məclisi var. Əvvəl Rəqsanə, Nuriyox idi, başqaları var idi. Əgər Rəqsanə xanım bir toydadırsa, o birinə necə gedə bilər? İki toyu eyni anda idarə etmək olar? Elə bir şey yoxdur".

Proqramda yer alan meyxanaçı Namiq Qaraçuxurlu isə "Vəziyyət görün necədir ki, müğənnilər toyla fəxr edir. Əvvəl utanırdıq efirdə toydan danışmağa. Bu konsert sistemi düzəldilməlidir" sözlərini deyib.