adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Aprel 2019 10:50
22600
KRİMİNAL
A- A+

Axtarışda olan 23 nəfər saxlanılıb

Aprel ayının 26-dan 27-dək daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.