adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2019 10:36
23161
KRİMİNAL
A- A+

Qax sakininin evindən 33 ədəd çətənə kolları aşkar edilib

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qax şəhər sakini, 38 yaşlı Kamil İsmayılov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 33 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı K. İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.