adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2019 09:30
4431
HADİSƏ
A- A+

FHN Tovuzçay su anbarına düşən şəxsin axtarışlarına başlayıb

Tovuzda 1 nəfər su anbarına düşüb.

FHN-dən Adalet.az-a verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.