adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Aprel 2019 17:59
29738
DÜNYA
A- A+

Türkiyədə FETÖ əməliyyatı: 210 nəfər tutuldu

Türkiyədə - İstanbulda FETÖ-nün Türkiyə silahlı qüvvələrindəki dayaqlarına qarşı əməliyyat keçirilib.

"TRTHaber”in məlumatına görə, əməliyyat zamanı orduda vəzifədə olan 210 nəfər haqqında tutulma və nəzarətə götürmə qərarı çıxarılıb.

İstanbul Prokurorluğunun həyata keçirdiyi əməliyyatda təqsirli bilinənlərin bir-biri ilə taksofonlar vasitəsilə əlaqə qurduğu ortaya çıxıb.

Prokurorluğun təlimatı ilə hələ də vəzifədə olan 210 nəfər barədə tutulma qərarı verilib.

Onlardan beşinin polkovnik, yeddisinin polkovnik-leytenant, 14-nün mayor, 33-nün kapitan, 47-nin baş leytenant, ikisinin leytenant, 102-nin isə gizir olduğu bildirilib.