adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Aprel 2019 17:26
21911
İDMAN
A- A+

Formula 1-də qəza - Pilot yürüşü dayandırdı

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı qəza baş verib.

Adalet.az-ın məlumatına görə, "Racing Point” komandasının pilotu Lens Strollun bolidi təhlükəsizlik barierinə çırpılıb.

Nəticədə bolid trasdan evakuasiya edilib və L.Stroll ikinci sərbəst yürüşü dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.