adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Aprel 2019 16:15
14683
ELM VƏ TƏHSİL
A- A+

Xoreoqrafiya Akademiyasında konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsi keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsi keçirilib.

Tədbirin əvvəlində BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin müsabiqə iştirakçılarına ünvanlanmış salamlama məktubu oxunub:"90 ilə yaxın təhsil və sənət ənənələri olan, uzun illər boyu davamlı fəaliyyətdən sonra 2014-cü ildə Respublika Prezidentinin müvafiq Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yeddi təhsil pilləsini, o cümlədən ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriat, magistratura, doktoranturanı özündə birləşdirən Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılmışdır.

Akademiya qarşısında duran mühüm vəzifələrdən biri də xoreoqrafiya sənəti ilə yanaşı, onunla sıx əlaqədə olan ixtisas və sənət sahələrinin təlim-tədrisini və tədqiqini həyata keçirməkdir.

Konsertmeyster ustalığı üzrə I Respublika Müsabiqəsi də məhz buna xidmət edir. Bu münasibətlə bütün müsabiqə iştirakçılarını təbrik edir, hər bir iştirakçıya uğur və müvəffəqiyyətlər arzu edirəm”.

Sonra isə iki mərhələdən ibarət olan müsabiqənin Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sədrliyi ilə münsiflər heyətiBakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru, Xalq artistiTəranə Muradova, Bakı Xoreoqrafiya Akademiyasının Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim, professor Gülnarə Acalova iştirakçılara təqdim edilib.

Daha sonra müsabiqə "La performance dei maestro” adlı konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 2 gün davam edən yarışmaya Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində I yerə Nərmin İbrahimova, Tutu Məmmədli,Ülviyyə Dadaşova, Rəna Zəkiyeva, II yerə Mənzər Arzumanzadə,Arzu Hüseynova,Aydan Cəfərova, Cəmalə Abdinzadə və III yerə Adilə İbrahimli, Səma Xəlilzadə,Simuzər Səmədova, Dinarə Rəhimova, Elnur Cəfərli layiq görülüb.

İlk üç yerin qalibləri diplomlar, müsabiqə iştirakçılarına isə sertifikatlartəqdim edilib.