Əbülfət MƏDƏTOĞLU: OLA BİLSİN Kİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
45897 | 2019-04-29 09:00

Sonvaxtlar el-obamdan, tanış-bilişlərimin arasından haqqa qovuşanların sayı birxeyli artıb. Bəlkə də bu fəslin bir fəsadıdı və yaxud da hər kəs özdayanacağında düşür... Və yaxud da bu da bir Tanrı qəzəbidir, bizim torpaqsızgünlərimizə son qoyur... yurdsuz illərimizin nöqtəsini gerçəkləşdirir. Bilmirəm,amma hər nədirsə, gerçəklik bundan ibarətdir ki, hüzr yerlərinə, anım mərasimlərinəvaxt çatdıra bilmirəm. Ona görə də yolda-rizdə, ümumiyyətlə, hardasaqarşılaşanda həmin o mərasimlərinə qatıla bilmədiyim insanların doğmalarıqarşısında sıxılıram. Burda bir gerçək də var, o da zamanın ölçüsüdür. Mənvaxtı çəkib uzatmaq gücündə deyiləm. Üstəlik də mənim el-obam az qala bütün Azərbaycanasəpələnib. Bu da vaxtında onların yanında olmağa imkan vermir...

Bəli,indi bu yazını diqtə etməyə başlayanda da iki gün içərisində anasını vəbacısını itirmiş bir dostumun dərdinə şərik olub bilgisayar otağınaqayıtmışdım. O mərasimə gedəndə də, ordan üzü geri qayıdanda da ağlımda birözüm idim, bir də Sən! Düşünürdüm ki, belə anımlardan, belə mərasimlərdən biridə bizi gözləyir. Təbii ki, onun vaxtını Tanrı təyin edəcək, bəlkə də edibdiartıq. Amma o günü bilməsəm də, o tarixin dəqiq hansı zaman kəsiyinə düşdüyünühardasa ruhumla duyğularımla hiss etməyə başlamışam. Açıq-aşkar içimə, ürəyiməolan zərbələr, kürəyimə sancılan xəncərlər və bir də seyrələn ətrafım o zamanınnəfəsini duydurur mənə. Tez-tez Əzrayıl adlı mələyin kölgəsini də görürəm. Deməli,o uzaqda deyil və mən...

Bəli, mənmünəccim olmasam da, içimdəki bu ulu sevgi Tanrı sevgisi kimi Allaha bağlıdır. Mənə hərdənolacaqları bu və ya digər şəkildə nişan verir, əlamətləri hiss etdirir. Bunu sənədə bir neçə dəfə demişəm. Gah gülümsəmisən, gah da "içimi qaraltma” demisən. Təbiiki, mən də söylədiklərimin bir növü acısını təkrar yaşamışam. Axı dediklərim sənətoxunur, səni ağrıdır. Buna isə mənim haqqım yoxdur. Ən azından ona görə ki, səniqarşıma çıxaran Tanrı mənə bu hüququverməyib. Mən yalnız sevməyə məhkumam – özü də dünyanın ən böyük, ən dəli Məcnunukimi! Ona görə də üzümü həmişə göy üzünə tutub Allahımla danışanda səhərləretdiyim dualarımda sənin üçün də pıçıldamışam. Demişəm ki:

Elə yüklənmişəmkədərlə, qəmlə

Görünəbilmirəm adam içində...

Gözününyaşını ovcumda cəmlə -

Mən üzəbilməyib batım üçündə!..


Xəyala bənzəyir həyat hekayəm

İnanan çətinki, tapılsın ona...

Elə istəyirəmdili dualı –

Olanlarinancla tapınsın ona!


Ayaqdaolmağım bəlkə xətadı

Axı kölgəmdüşüb bir eşqin üstə...

Mənim ki,varlığım sənə ətadır –

Üzümü sənətut, qurbanı kəs də!


Uzat birtelini yapışıb qalxım

Görüm ötənlərətəəssüfünü...

Kipriyinucunda damlalar salxım –

Parlayır,süz içim təbəssümünü...


Bumisraları içimdə pıçıldaya-pıçıldaya təsəlli tapmaq istəyirəm. İnanmaq istəyirəmki, səsimi, duamı heç kim eşitməsə də Allahım eşidir... heç kim mənim səsimə səsverməsə də, Allahım içimdə göyərtdiyi duyğuları elə özümün göz yaşımla suvarır,qurumağa qoymur, solmağa imkan vermir. Bununla da mənim sənin üçün, sənə görə,sənin xatirinə yaşamaq və daha çox da sevginə tapınmaq şansımı artırır. İmkanverir ki, sənə bir gün də artıq uzaqdan olsa da baxım, səni bir gün də artıqsevim, səni bir gün də artıq düşünüm. Bunlar Allahın mənə verdikləridi. Bəs sənin?..

Hə, səninverdiklərinin dəyərini, ölçüsünü, çəkisini ifadə etməyə çətinlik çəkirəm. Çünkisənin verdiklərin yerə-göyə sığmayan sevginin ayaqda durmaq üçün etdiyi mücadilədir...apardığım savaşdı... içimə axan göz yaşıdı... sənin üçün qoruyub saxladığım təbəssümdü...sənə yazdığım misralardı... sənin xəyalınla qurduğum özəl dünyanın cizgiləridi.Bu, sənin mənə verdiklərinin çox kiçik bir hissəsidir. Sənin verdiklərinin içərisindəən böyüyü Həsrət və bir də anbaan yolunu gözlədiyim Vüsaldı. Təəssüf ki, bunlarikisi də mənim içimdəki bu özəl dünyanın təkcə bəzəyi yox, həm də sütunlarıdı.Bunu da bir Allahım bilir, bir sən, bir də mən!..

İndininözündə də mən o qurduğum dünyanın içində rahatlıq tapa bilmirəm. Gözüm hər yerdəsəni axtarır, naxışlarımı, cizgilərimi soraqlayır. Etdiklərimi, edəcəklərimisıralamaq, onları bir nəsihət kitabı kimi yazı stolumun üstünə qoymaq keçirkönlümdən. Lakin könlüm istəyənlər nə vaxt gerçək olub ki?! Əgər olsaydı, ondabu misraları yazmazdım və sən də bu misralara görə məni, yəni sənsiz səninləbaş-başa qalanı günahlandırmazdım. Ona görə sənsiz səninlə deyirəm ki, sən həmişəməndən beş-on ağac uzaqda dayanmısan. Görməmisən ki, mən öz-özümə pıçıldayandadediyim bu misralar dörd divarın arasından kənara çıxa bilmir...


Elə təklənmişəm,elə yalqızam

Elə bildolmuşam, sanki sal buzam...

İlahi, mənniyə belə halsızam? –

Ovudabilmirəm andır ürəyi...


Daşım datəklənib, daş üstə şeh də

Sovururnə varsa daş üstə meh də...

Bir işəyaramır verdiyim beh də -

Barı səndinləyib qandır ürəyi...


Üzümütutduğum Kəbə evidi

İçim andyeridi, tövbə evidi!

Mənimsığındığım təbə evidi –

Götür, çaxmaq daşın yandır ürəyi...


Şum yerisinəmdi, qəmdi əkdiyim

Didəndənyanağa sudu çəkdiyim...

Məni yükaltında əyən təkliyim –

Çatlatdın,vur yerə, sındır ürəyi...

***

Heçyadımdan çıxmır, daha doğrusu, yadımdan çıxması mümkün deyil. Ona görə mümkündeyil ki, o yaşam, o duyğu, o fikir mənim ömrümün ifadəsidir. Bu ifadə də özünü sədaqətdə, sevgidə, dözümdə təsdiqedir. Yəni Allaha sədaqət, sevgi və onun verdiklərinə dözüm adamı adam eləyir,adamı ayaq üstə saxlayır. O vaxta qədər ki, sən Allahı, dünyanı da, sevdiyini dəcan köynəyindən də yaxın, lap ürəyinin içində görürsən, hiss edirsən. Belə olanhalda özün-özünü, ürəyini necə yadından çıxararsan? Ümumiyyətlə, bunu müzakirəetmək, bunu düşünmək zənnimcə mümkünsüzdü. Olsa belə bunu mən ağılsızlıqsayaram. Yəqin ki, siz də özünüzlə tək qalanda, öz dünyanızın qapı-pəncərəsinibağlayıb Allahınızla, sevginizlə söhbətləşəndə, etiraf etmiş olursunuz həmgünahlarınızı, həm günahsızlığınızı, həm də içinizdə olanı gün işığı kimi dahada nurlandırmağı, ocaq kimi daha da gur yandırmağı. Şəxsən mən bir an da olsunbelə yazdığım bu fikirlərdən uzaq dayanmıram. Özümün hər anını, yazdıqlarımın,dediklərimin içində görürəm. Bu da mənə bir az da yaşamaq, necə deyərlər, iynəucu boyda ümidli olmağa şərait yaradır. Yəni tam səmimi desəm, hətta çevrəmdəanlaya bilmədiyim baş verənlərin içərisində o bir qığılcım olur, bir qor olur.Və mən də o qığılcımın istisinə isinə-isinə onu alovlandırmağa bütün varlığımıhəsr edirəm. Və bilirəm ki, bu birmənalı və təmənnasız mücadilənin qəhrəmanı sənsən.Yəni hər şey, bütün həyatım sənə aiddir.Lap son nəfəsə, son pıçıltıya qədər...

Təbiiki, bunlar mənim iç dünyamın sirləri, sözləri, yaşantılarıdı. Bunu bilsə yalnız Allah bilər. Sən də oxusan buyazıdan anlayarsan və görərsən ki, mən öz yaşantılarımı bəzən belə də ifadəedirəm.

Yorulubqalmışam yol kənarında

Səsim dədüşübdü quyu dibinə...

Ağrı varcismimin sol kənarında –

Hopubdurgözümün suyu dibinə.


Nəbaxır, nə də ki, adımı çəkir

Min ilinyadı tək ötür yanımdan...

Varlığımqurumuş ağac tək çökür –

Əyilibsevgini götür canımdan.


Qalmasınortada iki ürəyim

Göyüzündən gələn bu sevgi payı...

Yerəvurmağınla eşqin kürəyin –

Azaltdındünyada Məcnunun sayın.


Könlündənkeçirsə eşqə bürünmək-

Fədakarlıqola gərək içində...

Sənə çətinoldu mənlə görünmək –

Bir çətiraltında, ürək içində...


Doğrudanda bu dünyada bir çətirin, bir ürəyin içərisində sığınmaq, qorunmaq, yaşamaq,sözün bütün mənalarında bir olmaq ən böyük xoşbəxtlikdir. Hətta o çətir susaxlamasa da, o ürək ağrılı olsa da, o sığındığın ünvan ovuc içi boyda olsa beləbir yerdədisə, o məkan elə axtardığın cənnətin özüdü, soraqladığın, yolunutapmağa çalışdığın, yolunu bəlkə də artıq tapıb tutduğun cənnətin özü! Az-çoxdünya görüşümə, həyata baxışlarıma güvənib deyə bilərəm ki, cənnət-cəhənnəmanlayışı hər kəsin içindəkilərindən, xidmətlərindən, yaşantılarından, Allahabağlılığından və bir də ki, insanlığından keçir. Ona görə də mən hər gün içimi, içimdəki səniziyarət edirəm. Və bu ziyarətlər də mənim üçün elə cənnətdə olmaqdı, Cənnətdəyaşamaq haqqını qazanmaqdı. Axı səni, sənin sevgini mənə bəxş edən Allahımdı. Məndə onun təbəsi kimi bu hədiyyənin pərvanəsiyəm. O məni görsə də, görməsə də, oməni sevsə də, sevməsə də. Və hətta mən bu tərəddüdlərin içərisində olan Sənəüz tutub deyəndə ki:

Yoxam mənişıq kimi

Sönmüşəm,qaranlığam...

Dözmüsən bura qədər –

Döz,artıq bir anlığam...


Vidamıyuxu kimi

Suyasöyləyib yozma...

Sənqaraltma içini –

Heçhalını da pozma...


Yaşamımözümə yük

Sənə isəcəzadı...

Nə qədərolsa böyük –

Unudulanqəzadı...


Varlığaalışmağın

Yoxluğada öyrədər...

Əlindənuçub gedən –

Kəpənəktək göynədər!..


***

Mən "Ququşunun son nəğməsi”ni çox sevirəm. Ola bilsin ki, özümlə, təbii ki, həm də səninləetdiyim bu söhbət ürəyimin son pıçıltılarından biridir. Ola bilsin ki, son məktubdur,son vidadır. Ola bilsin ki...

Ümumiyyətlə,bütün ola bilsinlər indiki anda mənim ağlımın içində oturub və bu ola bilsinləröz göz yaşlarını bu yazının üstünə çiləyibdi, damarına hopdurubdur! Olabilsin...


TƏQVİM / ARXİV