adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2019 15:52
14803
ƏDƏBİYYAT
A- A+

MƏRDƏKAN ESSELƏRİ

Bu ilin mart ayında Mərdəkan qəsəbəsində

yerləşən Veteranlar xəstəxanasında müalicə

olunarkən bu esseləri qələmə aldım.



Yenə səhhətimdə problemlər baş qaldırıb. Yaxşı bilirəm ki, üzləşdiyim hal çoxsəmtli, çox­rəngli təzyiqlərlə bağlıdır. Bahalı sanatoriyalarda dincəlmək müalicə olunmaq imkanım yoxdur. Üz tutacağım yerin ünvanı bəllidir: Mərdəkan qəsəbəsi, əmək veteranlarına məxsus sanatoriya tipli xəstəxana.

Martın birinci ongünlüyü arxada qaldı. İkinci ongünlüyün ikinci günündə xəstəxananın qoşataylı dəmir darvazasından həyətə girdim. Dördüncü dəfə idi ki, bura gəlirdim. Tanış mənzərə: asfalt döşəməli xiyabanlar, farağat komandasında dayanmış yaşıl geyimli ağaclar, maşınlardan düşüb başına tələsən həkim-sanitar heyəti əhvalımı yeni mühitə köklədi. Əməliyyat qeydiyyat otağından başlayacaqdı. Hər dəfə olduğu kimi. Yəqin bu dəfə həmin düşündürücü sorğunu eşidəcəyəm.

Qeydiyyat otağında gülər üzlü, sərv boylu Fəridə xanım yeni gələnləri bir-bir qeydiyyatdan keçirir. Mənim növbəm çatır. Onlardan soruş­duqlarını məndən soruşur:

Zəhmət olmasa, telefonunuzu deyin.

Mən üstümdə götürdüyüm cib telefonumun nömrəsini deyirəm. O, mənalı şəkildə üzümə baxıb sözümə düzəliş verir:

Bizə ev telefonunuz lazımdır.

Düzəlişin nəyə xidmət etdiyini anlayıram. Əlacım nədir, sorğusunu cavablandırıram:

– 254-35-52.

Niyə məhz ev telefonu?.. Başa düşüləndir. Hər ehtimala qarşı. BirdənEvə xəbər vermək məcburiyyətində qalarlar.

Mərdəkan,

12 mart 2019-cu il.

DƏRMANDƏYİRMAN

Mərdəkanda əmək veteranlarının xəstəxana­sında müalicə olunuram. Qarşı-qarşıya duran tərəflər qulluğumdadırlar. Həkim dərmanı, Fələk isə dəyirmanı ilə. Həkim dərmanı ilə xəstəliyini dəf etməyə, ömrümü uzatmağa çalışır. Fələk isə dəyir­manı ilə ömrümü üyüdüb qurtarmaq inadından əl çəkmir. Görək, dərman dəyirmanın qarşısında qədər tab gətirə biləcək?!..

Mərdəkan,

21 mart 2019-cu il

XƏYAL

21 martNovruz Bayramı axşamı. Mər­dəkan xəstəxanasında özümə məxsus palatada tək oturmuşam. Bayram axşamında şənlənmək, deyib-gülmək, yeyib-içmək üçün, icazəli-icazəsizxəstələrin hamısı evlərinə gedib. Danışmaq üçün bir adam tapmıram.

Yeməkxana xidmətçiləri mənim üçün kasıb­yana bayram süfrəsi bəzəyiblər. Nemətlər mənə baxır, mən onlara. Qəlbimi bir qüssə dumanı bürüyüb. Tək olanın yükü ağır olurçək görüm, necə çəkirsən?! Tanrının təamını belə, tək yemək olmur. Hazır atalar sözünün (meşədə aslan da tək olmasın) qatqarına öz möhürümü vurdum: meşədə aslan, xəstəxanada xəstə tək olmasın. Görəsən, bu taledir mən yaşayıram?.. Bu təkliyin qalasını uçuran bir möcüzə arzulayıram.

Birdən Xəyal məni çaşdırır. Bərk həyəcan­lanıram. Ürəyim şiddətlə döyünür. …Gördüyüm gerçəkdir, yoxsa Xəyal? Qeybdən süfrəmə məni təklikdən qurtaran nurlu bir əl uzanır. Heyrət içində pıçıldayıram: Bu, Sənsənmi, İlahi?! Yoxsa məsləhət bildiyin başqa birisinin əli?!

Bu möcüzəli mənzərə qədər çəkəcək? Deyəsən, reallıq qəlbimin qapısını döyür.

Çəkilmə, Xəyal!..

Mərdəkan,

21 mart 2019-cu il.

GÜNƏŞ MƏNDƏN KÜSÜB ?..

Xəstəxana həyatı darıxdırıcı olur. Xüsusilə havaların üzü dönəndə. Mən səhər-səhər günəşli havada gəzməyə öyrəncəliyəm. Amma neçə gündür təmiz hava almaqdan, günəşin parlaq nurunu ­mək­dən məhrumam. Deyəsən, günəş məndən ­sübBəlkə , araya girən var.

Neçə gündür dəli küləklər ağacların saçını yolub zorla rəqsə dəvət edirlər. Ağaclar<