adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Aprel 2019 15:49
22925
ƏDƏBİYYAT
A- A+

BÖYÜK ANA HAQQINDA DÜŞÜNCƏLƏR

(esse)

Çoxlarınıza əlçatmaz kimi görünən ucalıq adlı bir zirvənin fəth etmək hamıya qismət olmur. Çünki, bu zirvəyə gedən yol hamar deyil, dolaylardan keçir. Çünki, bu zirvəyə gedən yolun hər addımı vətənə, torpağa, xalqa, insana bağlılıqdan , dar ayaqdan ona arxa olmaqdan, ömrünün mənasını bu yolda görməkdən qurulmalıdır. Məhz bu vaxt qazanılan hər nə varsa, onun sevinci insan ömrünə fərəh gətirir. Bu sevinc də, fərəh də qəlblərdə daim yaşayır, xatırlanır. Həmçinin, o sevinci, o fərəhi sənə bəxş edən insan da öz əməlləri ilə yaddaşlardan silinmir. Bu gün cismən həyatda olmasa da, mənən xalqımızın qəlbində yaşayan Zərifə xanım Əliyeva kimi. Gözəl insan, gözəl ömür-gün yoldaşı, gözəl ana, gözəl həkim...

Bəlkə də mən bu gün ürəklərimizdə əbədiləşən Zərifə xanımı olduğu kimi xarakterizə edə bilmirəm. Hər halda özümə orada təskinlik verə bilmirəm ki, onun haqqında işlətdiyim bu bənzətmələr Zərifə xanım Əliyeva fonomenini hərtərəfli əhatə edə bilməsə də, mənim ürəyimdən gələn bənzətmələrdir.

Doğulduğu, böyüyüb boya-başa çatdığı, təhsil aldığı, işlədiyi, təmasda olduğu mühit bu gözəl Azərbaycan qadınının taleyinə yazılan bir qismət idi ki, onun ucalığa aparırdı. Və bu ucalığın fövqündə dayanmaqda isə Zərifə xanım Əliyevanın isə qurduğu ailənin də danılmaz rolundan danışmamaq olmaz. Ömrünün mənasını xalqına xidmətdə görən bir insanla ailə qurması ona taleyin böyük bəxşişi idi. O da bu böyük bəxşişin bəxtiyarlığını, sevincini gördü. Cəmiyyətimiz üçün iki layiqli övlad tərbiyə edib böyütdülər...

İnsanlara ana təbiəti, günəşi, insanları görmək üçün yenidən nur bəxş edən Zərifə xanım gözlərini əbədi olaraq yumub haqq dünyasına qovuşanda Moskva şəhərində yaşasalar da, doğma Azərbaycanla nəfəs alırdılar. Həmin müdhiş xəbəri—ölümü ilə ölməzliyə qovuşan, ucalıq zirvəsinə çatan bu gözəl insanın həyata vida xəbərini Odlar Yurdu da göz yaşları içində qarşıladı. Həmin göz yaşları ilə millətin yetirdiyi qeyrətli qadını son mənzilə yola saldı Onun ömür-gün yoldaşına başsağlığı verdi—bu başsağlığı həm də xalqın özünə verdiyi başsağlığı idi; çünki, Zərifə xanım bu xalqın övladı idi. Bütün varlığı ilə Azərbaycan qadınına məxsus keyfiyyətləri özündə təcəssüm etdirən bir övlad, daşıdığı Azərbaycan qadını adını hər şeydən uca tutan, başqalarına nümunə olan bir övlad.

Sədaqətli ömür-gün yoldaşı, dahi siyasətçi, müdrik insan Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra onu Moskvada "tək” qoymadı. Cənazəsini doğma vətənə gətirdi. Bu da uzunillik ailə həyatında aralarında olan məhəbbətə, qəlbində yaşatdığı xatirələrinə, özünün Zərifəli günlərinə sədaqətin rəmzi idi.

O, həm də gözəl ana idi—İlhamın, Sevilin anası. Bu cəhətdən də Zərifə xanım xoşbəxtlərin xoşbəxti idi. Çünki övladları da bu gözəl ananın öyüd-nəsihətlərinin işığında xalqa, vətənə layiqli övladlar olduğunu sübuta yetirdilər, bu gündə həyatlarının mənasını insanlara xidmət etməkdə görürlər—ataları, anları kimi.

... Neçə-neçə monorafiyanın, elmi məqalələrin müəllifi olan Zərifə xanım özündə ana, qadın, insanlıq kimi ən ülvi hissləri cəmləşdirmişdir. Analıq, insanlıq, qadınlıq, həkimlik vəzifələrini canla-başla yerinə yetirməyə vaxt tapan Zərifə xanım bugünkü xoş və firavan günlərimizi yaşamağa vaxt tapa bilmədi.

Yaşasaydı bu ilin aprel ayında xalqımız anadan olmasının 96 illiyini qeyd edəcəkdir. Yenə də qeyd edəcəyik 96 illiyini—ancaq Zərifə xanımsız.

Muxtar Məmmədoğlu,

"Şərq qapısı” qəzetinin məsul katibi

Naxçıvan