adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Oğuz Ayvaz: Əlvida“Ədalət”

OĞUZ AYVAZ
143561 | 2019-04-26 11:29

2016-cıilin sentyabr ayı. Sısqa bədənli, cibində 1-2 manatı, həyatının boşluqlarladolu ayları olan bir oğlan göründü "Ədalət” qəzetinin redaksiyasında. Elə bil həyatınızibil yeşiyinə tullamışdılar. Dostlarının ayrılığı, işsizlik, pulsuzluq, boşluqqarışqa misalı üzərinə hücum çəkmişdi. Həmin gün payız küləyi əsirdi küçələrdə.Pəncərədən buludlar qaşqabağını tökür, redaksiyada sükut bayrağı əsirdi. Ooğlan bəndəniz idim. Günlər keçməyə başlayırdı. Hər gün işə tələsir, yazılaryazır, iş yoldaşlarıma alışmağabaşlayırdım. Aqil Abbas ağır günlərimdən sonra işıq tutmuşdu sonrakı illərimə.Yadıma düşür, qəzetdə bir hekayəm çap olunmuşdu. Redaksiyaya zəng gəldi. Bəsdedilər ki, səninlə danışmaq istəyirlər. Telefonu qulağıma yaxınlaşdıran kimidonquldanan kişi səsi eşidildi. Söyüşün biri bir qəpikdən. İlk dəfə yazdığımhekayəyə söyüş və təhqir eşidirdim. Ürkmüşdüm. Axşamüstü Aqil Abbas zəng elədi.Elə bildim, o da məni söyəcək. Ancaq hekayəyə görə təşəkkür etdi.

"Ədalət”qəzeti həyatımda bir çox boşluqları doldurdu. Burada yeni dostlar qazandım, ailəqurdum, həyat təcrübəsi, yazılarımda inkişaf əldə etdim.

Bir dəfə işdən tez çıxmaq istəyirdim. Kompüterimisöndürüb, kurtkamı geyinib çıxırdım ki, birdən müdirlə üz-üzə gəldik. Tezkompüterin qarşısında oturub, guya işləyirmiş kimi mişkanı tıkladım. Müdir bunugörüb mənə yaxınlaşıdı, gördü ki, onu aldatmaq istəyirmişəm. Gülüb keçdi. İş yoldaşlarım isə şaqqanaq çəkibgüldülər.

Bir gün isə səhər vaxtlarında Aqil müəllimə üzümütutub dedim:

- Müəllim,belə iş olar, milli komanda bir oyun uduzub, bir oyun heç-heçə edib,oyunçuların hərəsinə beş min manat mükafat veriblər.

- Veriblər-veriblər də, istəyiblər ki, ruhdan düşməsinlər.

- Pul olandamilli ruh olmur, gərək pulun verməyəsən ki, milli ruh yüksəlsin, yaxşıçalışsın.

- Oğuz,oğlum, sənin milli ruhunu və yaxşı çalışmağını stimullaşdırmaq üçün iki ay maaşverməyəcəm.

Çoxdubelə məzəli əhvalatlar. Burda keçən səmimi dolu illəri artıq arxada qoyuram. Üçil işlədiyim qəzet artıq xatirələr arxivimə yollanır. Ən başlıca Aqil Abbasa təşəkküredirəm ki, ən çətin günlərimdə mənə qapı açdı. Onun bu xeyirxah addımını heç vaxtunutmayacam. Və ən əsası burda işləyən adamları, maraqlı hadisələriunutmayacam.

Bu sonyazımdan sonra gedim "Ədalət”in kollektivini toplayım, şəkil çəkdirim. Görüşənədək,"Ədalət” qəzeti!

TƏQVİM / ARXİV