Bəribaşdan deyim ki, Dayandur Sevginin imzası ədəbi camiyədə kifayət qədər tanınır.Və onun hər bir şeiri, hər bir yazısı kifayət qədər də oxucu diqqəti qazanır. Təbiiki, bütün bunlar da Dayandurun həm bir şair-publisist, həm də bir insan kimi özoxucuları ilə səmimi ürək körpüsü qurmasından irəli gəlir. Yəni Dayandur Sevgininöz sevgisini, öz səmimiyyətini, yazılarına xüsusilə poeziyasına elə hopdururki, o səmimiyyət oxucunun diqqətindən yayınmır. Mən dəfələrlə mütaliə etdiyimDayandur Sevgin poeziyasından söylədiyim fikirlərin həm şahidinə, həm dəiştirakçısına çevrilmişəm. Ona görə iştirakçısı sözünü bura əlavə edirəm ki,oxucu mənim qələm dostumla, həmkarımla aramızda olan səmimiyyət körpüsününşeirlərində təcəssümünə bir daha inansın.
İndi barəsindəsöhbət açdığım kitabın redaktoru filologiya elmləri doktoru, şair İslamSadıqdı. Kitab "Azərnəşr”də işıq üzü görüb. Onun əsl şeir kitabı tərtibatı varvə bu tərtibatın aurasında filologiya elmləri doktoru, şairə-publisist Sona Vəliyevanınoxucu sözü adamın ürəyinə yağ kimi yayılır. Ona görə ki, bu oxucu sözü ön söz əvəzinəverilsə də, əsl həqiqətdə Dayandur şeirlərinin qatlarına işıq salır. Həminşeirlərin görünən və görünməyən tərəflərini oxucu diqqətinə təqdim edir. Sona xanım yazır ki: "Dayandurun şeirlərininişıq qibləsi dərddir, müqəddəs dərd! Gözəllik yarada bilən dərdi var olsun!”
Zənnimcə,bu birbaşa söylənmiş fikir ən laqeyd oxucunu da kitaba doğru çəkir və kitaba özmünasibətini bildirən ədəbiyyatşünas Əsəd Cahangir də söylənilən fikirləri biraz da irəli aparır. Yəni Əsəd Cahangir yazır ki: "Elə şair var ki, 40 kitabıçıxıb, bir misrası üzə çıxmayıb. Dayandurun isə hələ gənclik illərində yazdığıbu misralar artıq dillər əzbəri idi.
Tellərinqıvrılsın günəş üzündə,
Gözəllikönündə naşı deyiləm.
Sən Əslisevgisi tapsan özündə,
Mən Kərəmolmasam kişi deyiləm”.
Bax, buovqatla səmimiyyət körpüsündən keçib oxuyuram Dayandur Sevginin yeni kitabını vəAzərbaycan bayrağına üzünü tutub onu böyük ürəklə vəsf edən şairin içdünyasıyla yazdıqları arasındakı doğmalığa, gerçəkliyə oxucu kimi heyrət edirəm.Şair yazır:
Könlümdəgöyərəni Qarabağda bitirsin,
Dalğalansın,arzumu Savalana yetirsin,
Ucaldıqcaucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərinköksünü oda yaxan bayrağı,
Üçrəngligöy qurşağı, Azərbaycan bayrağı!
Hər birinsan özü-özüylə danışmağa meyllidir. Xüsusilə şairlər, söz adamları özləri-özlərilə,Allahlarıyla, peyğəmbərlərilə danışmağa həmişə can atıblar. Bu da onların biraz tərkidünya, bir az ruh adamı olmalarından qaynaqlanır. Bax, Dayandur Sevgində "Allaha sual” və "Həzrəti peyğəmbərin” şeirlərində təkcə özünün deyil,bütövlükdə hamımızın narahatlığını, arzusunu, umacağını dilə gətirir, şeirəçevirir. Ona görə də istəyini poetik suala çevirib və yazıb:
Burnumunucunda ölüm qoxusu,
Olangünahımı yuya bilmirəm.
Canımdayurd salıb bəndə qorxusu,
Mən səninqorxunu duya bilmirəm.
Məninsandan qorxum, ya səndən, Allah?
Vəyaxud:
Allah Rəsulgöndərdi onu müsəlmanlara,
Söylədison qoyacaq o, tökülən qanlara.
O dayolu göstərdi yol gəzən insanlara,
Hədislərdəyazıldı hikməti Peyğəmbərin.
Bəli,Dayandur Sevginin iki hissədən ibarət olan bu kitabında demək olar ki, hərbirimiz üçün maraqlı olan mövzular bir şair məharəti ilə əhatə olunubdu. Yənionun istər ittihaf şeirləri, istərsə də özünün ruhuna hopmuş hisslərin ifadəsiolan şeirlərinə diqqət yetirəndə aşkarca görünür ki, Dayandur Sevgin püxtələşmişqələmiylə könüllər oxşaya bilir. Elə "İkinci addım” kitabındakı sevgi şeirləridə söylədiyim fikirləri daha təsdiq edir. Məs:
Ölüm gətirəcəksəadətini,
Ümidləboylanma gələn sabaha.
Öləndətapacam məhəbbətimi,
Ölümünqiyməti diridən baha.
Məni sevəcəksənöləndən sonra.
... İllərgətirəcək yaş üstə yaşı,
Bu sirriqəlbində saxlayacaqsan.
Həmdəminolacaq bir məzar daşı,
Önümdədiz çöküb ağlayacaqsan,
Məni sevəcəksənöləndən sonra.
Vəyaxud:
Bu sevgiqəlbimdə göyərməz, gözəl,
Saxla ürəyindəgizli sirr kimi.
Həmişə əmrinəmüntəzir olum,
Sənhökmdar kimi, mən əsir kimi.
Mənisevdiyini heç kimə demə.
Bəli, məndəyərli qələm dostumun "İkinci addım” kitabı barəsindəki oxucu fikrini elə onunöz misralarıyla tamamlamaq istəyirəm. Dayandur yazır ki:
Sevginəm,dözürəm qəmə nər kimi,
Gözdiyimxeyirin gəlir şər kimi.
Dərdlərimyanında sadiq ər kimi,
Sevincimoynaş tək gizlicə gəlir.
Mən dəona deyirəm ki, gizli gələnin öz gözəlliyi var, bundan çəkinmə. Axı o sevinci də,o kədəri də verən Allahdı. Necə deyərlər, Allah da kimə nə verdiyini çox gözəlbilir. Dözümün və addımların tükənməz olsun!