TüRKiYƏYƏ NÖVBƏTi FUTBOL TƏLƏSi: YUNAN KiPRi

AQİL ABBAS
26479 | 2009-10-16 00:06
Avropa əvvəl bu oyunu bizim başımızda çatlatmaq istədi. Ermənistan ilə bizi bir qrupa saldı. Bu düşünülmüş planın tərkib hissəsi idi. Amma Azərbaycan Futbol Federasiyası bu oyuna düşmədi. Bizi futbol siyasətinə soxa bilməyən Avropa növbəti dəfə Türkiyəni hədəf seçdi. Ermənistanı Türkiyəylə bir qrupa saldı və beləliklə, Avropanın bu tələsi Türkiyənin başında çatladı. Türkiyə futbolçuları hər iki oyunda qalib gəlsə də, Türkiyə özü Ermənistana çox böyük hesabla uduzdu. Futbolda uduzarsan uzaqbaşı hansısa Avropa, ya da dünya çempionatına gedə bilməzsən, hansısa yarışdan əlin üzülər. Amma siyasətdə uduzarsan bunun altından millət və dövlət uzun illər çıxa bilməz.
   
   Deyir bir dəli bir quyuya daş atdı, qırx ağıllı yığışıb çıxara bilmədi. İndi fikirləşin ki, həmin quyuya daşı Avropa kimi ağıllı atıb. İndi o daşı Türkiyə qırx ağıllı ilə yox ey, dörd min ağıllısıyla da çıxara bilməz.
   
   Ağıllının atdığı daşı yalnız və yalnız bir dəli çıxara bilər, söhbət Koroğlu dəlisindən gedir. İsgəndər Qordi düyününü qılıncla kəsdiyi kimi, indi də Türkiyəyə bir İsgəndər lazımdır ki, həmin protokolları cırıb atsın tualetə.
   
   1933-cü ildə Atatürk belə protokolların çoxunu cırıb atdı. Onda Türkiyə zorla ayaq üstə dururdu, amma Atatürk kimi bir Başbuğu vardı, bir lideri vardı.
   
   İndi 2012-ci il Avropa Futbol Çempionatının püşkü atılacaq. Mən ölü, siz diri, cörəcəksiz, bu çempionatda da Türkiyə Yunan Kipri ilə bir qrupa düşəcək. O Yunan Kipri ki Türkiyə onu tanımır. Və Yunan Kiprinin prezidenti sayın Abdulla Gülü futbola baxmaq üçün Kiprə dəvət edəcək, Amerika və Avropa da sayın Abdulla Gülü Ermənistana getməyə məcbur elədiyi kimi, Yunan Kiprinə də getməyə məcbur edəcək. Və sayın cumhurbaşkanımız da gedəcək Yunan Kiprinə, sonra da Ermənistanla qonaq-qonaq oynadığı kimi, Yunan Kipri ilə də qonaq-qonaq oynayacaqlar.
   
   Və bundan sonra da Yunan Kipri açılımı başlayacaq və artıq Türk Kiprini sözdə itirmiş Türkiyə işdə də itirəcək.
   
   Böyük siyasətçi olmasaq da biz bunu görürük və biz bu açılımlarda heç də Qarabağı deyil, Türkiyəni düşünürük. Qarabağ bizim problemimizdi və bu problemi də biz çözəcəyik, heç bir ölkə bizə dəstək verməsə də. Bizi ağrıdan Türkiyənin başına açılan müsibətlərdi. Hazırda dünyada müstəqil Türk dövləti kimi öyünən, qürurlanan hələ ki iki dövlət var - Azərbaycan və Türkiyə. O biri Türk dövlətlərinin bizlər kimi öyünməsinə və qürurlanmasına hələ uzun illər var. Və biz qardaşımızın ayaqda durmasını istəyirik. Bizim bizdən başqa heç kimimiz yoxdur.
   
   Həmişə yazmışam və yenə yazıram, təkrar biliyin atasıdı: Türkiyə hökumətinin bütün səhvlərinə baxmayaraq, biz heç vaxt Türkiyədən küsməməliyik. Hökumətlər gəldi-gedərdi, millət və dövlət əbədidi. Biz həmişə Türk millətinin və dövlətinin yanında olmalıyıq. Bu gün türkləri və Türkiyəni daha çox bağrımıza basmalıyıq. Yenə yazıram, çünki Türkiyəni bu dünyada bizdən başqa bağrına basacaq kimsə yoxdu.

TƏQVİM / ARXİV