İCTİMAİ ŞURA VƏ QHT-lər BİR ARAYA GƏLDİ
Dünən Binəqədi rayonunda keçirilən tədbir öz ictima-siyasi yükünə görə, çox diqqətçəkən və həm də gənc nəslin təlim-tərbiyəsi baxımından önəmli idi. Yəni tədbir iştirakçıları günümüzün reallığına söykənərək ölkə həyatını və bu həyatın hər kəs üçün daha zəruri sayılan iqtisadi-siyasi sahəsindəki uğurlarını müzakirə etməyə böyük həvəs göstərirdi.
Öncədən deyim ki, Binəqədi rayon İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən İctimai Şuranın təşəbbüsü və bu təşəbbüsə dəstək verən ictimai təşkilatların birgə təşkil etdikləri yığıncağı Şuranın sədi Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus xidmətləri olan Aslan Mehtiyev açmışdı. Aslan müəllim çıxışında vurğrlamışdı ki, bu gün bir araya gəlməyimizdə məqsəd "Ölkənin iqtisadi və siyasi sahələrdə, eyni zamanda hərbi potensialımızın yüksəldilməsində qazanılmış nailiyyətlər”imizi birlikdə nəzərdən keçirmək və bu məsələyə öz münasibətimizi bildirməkdir.
Təbii ki, Şura sədri gündəlikdə olan məsələ ilə bağlı öz fikirlərinin səsləndirərək bildirmişdi ki, Azərbaycanın indiki gerçək mənzərəsi ürəkaçandı. Əgər biz ötən onilliklərə nəzər salsaq, onda görərik ki, ölkəmizdə böyük vüsət almış abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiya və təqaüdlərin artırılması uğurla davam etdirilir. Sosial-iqtisadi sahəfəki nailiyyətlərimiz hərbi sahəyə də öz müsbət təsirini göstərir. Yəni istehsal və maliyyə durumumuz yüksəldikcə bizim hərbi sahəyə vəsait ayırmaq, yeni texnika və avadanlıqlarla ordumuzu təmin etmək imkanlarımız da genişlənir. Bir-birilə bağlı olan bu əlaqəli inkişaf sonda Azərbaycanımızın həm regionda, həm də dünyada söz sahibi olmasına, imkanlarının genişlənməsinə gətirib çəxarır. Biz də vətəndaş olaraq öz imkanlarımızdaxilində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Necə deyərlər, hamımız əl-ələ verib Azərbaycanımızın xoş sabahlarına öz uğurlarımızı qatırıq.
Şura sədri çıxışında onu da vurğuladı ki, son vaxtlar Bakı şəhər icra hakimiyyətinin tövsiyyəsilə paytaxt ərazisində həyata keçirilən iməclik aksiyasında da Binəqədi ictimaiyyəti fəal iştirak edir. Bu iməclik aksiyalarında məqsəd Bakını təmiz və yaşıllıqlar şəhərinə çevirməkdi. Bundan sonra da bizim hər birimiz paytaxtımız üçün, həm də elə özümüzün sağlamlığımız üçün bu tədbirlərdə fəal olmalıyıq.
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın QHT-lərlə birlikdə keçirdiyi yığıncaqda çıxış edən Akif Rəfiyev, Rasim Daşdəmirov, Həmid Mehdiyev, İlham Qayıbzadə, Ağabala Musayev və Ayna Musayeva səsləndirilən fikirlərə öz münasibətlərini bildirməklə yanaşı onu da vurğulayıblar ki, Azərbaycan prezidenti İlham Əliyev cənablarının, eləcə də ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Binəqədi rayon rəhbərliyinin göstərişləri, qəbul etdikləri qərarlar ölkə əhalisi kimi, Binəqədi sakinlərinin ürəyincədi. bütün görülən işlər uğurlu sabahlarımız və qüdrətli Azərbaycanımız üçündür.